Tarix : 2011 Dec 25
Kod 27517

Azərbaycan Respublikasında neçə məscid tikilib?

Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra bu ölkədə 1500-ə yaxın məscid tikilib
well/Aran agentliyi

 

 

Azərbaycan Resublikasının Tehrandakı səfiri Cavanşir Axundov 2010-cu il noyabr ayında Qum şəhərində Həzrət Ayətullah Safi Qolpayqani ilə görüşdə Azərbaycan Respublikasında məscidlərin sökülməsi iləəlaqədar tənqidləri təkzib edərək deyib: Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra bu ölkədə 1500-ə yaxın məscid tikilib.

Azərbaycan Respublikasının Tehrandakı səfiri Cavanşir Axundov Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi Əli Həsənovun İranın Televiziya və Radio Təşkilatı sədrinin sərhədaşırı bölməsi üzrə müavini Məhəmməd Sərəfrazla görüşündə də deyib: Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra indiyə qədər 1800 məscidi inşa edib.

Cavanşir Axundovun sözlərindən belə çıxır ki, ötən bir il ərzində Azərbaycan Respbulikasında məscidlərə 300 məscid əlavə olunub. Lakin Azərbaycan Respublikası prezidenti İlham Əliyev 22 dekabrda bildirib ki, Azərbaycan Respublikasında 2 minə yaxın məscid fəaliyyət göstərir. Təkcə ötən 8 ildə Azərbaycan Respublikasında 117 məscid inşa olunub.

Öz-özlüyündə bir-birlərini təkzib edən Cavanşir Axundov və İlham Əliyev tərəfindən elan olunan təzadlı statistikalar kənara qoyulsa da, qeyd etmək lazımdır ki, İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva Bakıda təmir olunmuş Əjdərbəy məscidinin açılışında iştirak etdikləri gün Azərbaycan Respublikası orta məktəblərində hicab qadağasına etiraz edən iki ruhani üçün Bakı məhkəməsində həbs qərarı çıxarıldı.

 

  • Yazılıb
  • da (də) 2011 Dec 25