İran teleseriallarının Azərbaycan Respublikası telekanallarında uğur əldə etmələrinin ardınca rəsmi Bakı xarici teleserialların yayımlanmasını qadağan etmək fikrinə düşüb
well/Aran agentliyi
İran teleseriallarının Azərbaycan Respublikası telekanallarında uğur əldə etmələrinin ardınca rəsmi Bakı xarici teleserialların yayımlanmasını qadağan etmək fikrinə düşüb.
Ötən 20 il ərzində Qərbin və Latın Amerikasının bayağı seriallarını geniş şəkildə yayımlayan Azərbaycan Respublikası telekanalları bir neçə İran teleserialının yayımlanması və Azərbaycan Respublikası xalqının ötən 2-3 il ərzində bu serialları rəğbətlə qarşılamasının ardınca, görünür Azərbaycan Respublikasının Milli Radio Televiziya Şurasının qərarlarına əsasən öz üsullarını dəyişdirmək fikrindədirlər!
Azərbaycan Respublikası Milli Radio və Televiziya Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, 2012-ci il may ayının 1-dən Azərbaycan Respublikası telekanallarında xarici teleserialların yayımı dayandırılacaq.
Xarici teleserialların yayımı üçün qadağanın təsdiqlənməsi elə bir haldadır ki, ötən bir il ərzində İran teleseriallarının Azərbaycan Respublikası telekanallarından yayımlanması dayandırılmış və qadağan olunmuşdur.
ABŞ tərəfindən Bakıda fəaliyyət göstərən Mediaforum saytı Azərbaycan Respublikası hökumətinin bu hərəkətinin təbliğ olunması istiqamətində Bakı telekanallarının rəsmilərindən müsahibələr alıb.
Təxminən 2 il öncə İranın istehsalı və Səhər telekanalının Azəri redaksiyası tərəfindən azərbaycanca dublyaj olunmuş Həzrət Yusif teleserialının yayımı ilə iflasdan xilas olmuş Space telekanalının icra müdiri Kamal Şahverdiyev deyib: Mən bu qərarı müsbət qarşılayıram. Dövlət Azərbaycan Respublikasının milli seriallarının istehsalı üçün külli miqdarda vəsait ayırıb. Bu hərəkət bizi yerli teleserialların çəkilməsini genişləndirməyə doğru istiqamətləndirir. Düşünürəm ki, öz teleseriallarımızın keyfiyyətini yüksəltməklə tamaşaçıların da bu seriallara marağı artacaq.
ANS telekanalı rəhbərinin ictimai məsələlər üzrə müşaviri Mais Məmmədov da deyib: Bu qərar tez-gec nəzərdə tutulmalı idi. Xarici telekanalların əksəriyyətində yerli teleseriallar yayımlanır. Misal üçün Türkiyədə. Bəyəm onlar Venesuela və Meksika teleseriallarını yayımlayırlar? Xeyir. Bütün seriallar özlərinindir. Biz də çalışacağıq ki, milli seiallarımızın sayını artıraq və tamaşaçılara keyfiyyətli iş təqdim edək.
Digər tərəfdən Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatı olan Media Hüququ İnstitutu xarici teleserialların yayımlanmasının qadağan olunması üzrə bu ölkənin Milli Radio Televiziya Şurasının qərarını senzuranın tətbiq olunması sayıb və bildirib: Bu qərar Azərbaycan Respublikasından xaricdə teleseriallar adlanan bütün istehsal olunmuş proqramların qeyd-şərtsiz qadağan olunması mənasındadır. Belə qadağa heç bir mənfəətlə əsaslandırıla bilməz.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası prezidenti tərəfindən külli miqdarda büdcənin ayrılmasından sonra ötən bir il ərzində bu respublikada milli serial adı ilə istehsal olunan teleseriallar əsasən Türkiyə şirkətləri tərəfindən, təkcə Azərbaycan Respublikası aktyorlarının iştirakı ilə və bu ölkə xalqının islami mədəniyyət kökləri ilə zidd şəkildə çəkilir.