Azərbaycan Respublikasının Bakı hava limanı məmurlarının girişinə mane olduqları İran İslam Respublikası Radio və Televiziya Təşkilatının Azərbaycandakı ofisinin ...
well/Aran agentliyi
Azərbaycan Respublikasının Bakı hava limanı məmurlarının girişinə mane olduqları İran İslam Respublikası Radio və Televiziya Təşkilatının Azərbaycandakı ofisinin müdiri bu hərəkətdə məqsədin prezident İlham Əliyevin İrana göndərdiyi xüsusi nümayəndəsinin səfəri və əldə olunmuş anlaşmaları etibarsız etmək olduğunu deyib.
İran İslam Respublikası Radio və Televiziya Təşkilatının Azərbaycan Respublikasındakı ofisinin müdiri Əhməd Kazimi Fars İnformasiya Agentliyi ilə müsahibədə deyib: Mənim Azərbaycan Respublikasına girişimdə bu ölkə hökumətinin son hərəkəti İranın Xarici İşlər Nazirliyinin sözçüsünün bildirdiyi kimi təəccübləndirici idi. Buna görə ki bu məsələdən 4 gün öncə İranın milli media rəsmiləri ilə Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi cənab Əli Həsənov arasında konstruktiv müzakirələr həyata keçirildi. Belə ki, Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi müzakirələrin müsbət olduğunu qeyd etmişdi.
"Bu hərəkət diplomatik prinsiplərlə ziddiyyətdə idi. Çünki mən məqsədli xidmət pasportuna malik idim və Azərbaycan bu hərəkəti ilə siyasi və hüquqi baxımdan nəticələrə malik dövlət məmurları barəsində konsulluq konvensiyaları, xüsusilə də Vyana Konvensiyasını pozdu" -deyə Əhməd Kazimi bildirib.
İranın Teleradio Təşkilatının Bakıdakı ofisinin müdiri Bakı hava limanı məmurlarının son hərəkətini habelə media əməkdaşlıqlarının genişləndirilməsi üçün dostluq prinsiplərindən kənar hesab edib və deyib: Mən Azərbaycan Respublikası prezidentinin Tehrana göndərdiyi xüsusi nümayəndəsinin müzakirələrində müştərək media komitəsində İranın nümayəndəsi kimi təyin olundum.
Əhməd Kazimi İranın müştərək media komitəsindəki nümayəndəsinin girişinin qarşısının alınmasının ehtimallarını bildirib: O cümlədən bu hərəkət İran və Azərbaycan Respublikası arasında media əməkdaşlıqlarının genişlənməsindən kəskin şəkildə nigaran olan dairələr tərəfindən həyata keçirilə bilər. Onlar iki ölkənin media münasibətlərinin formalaşması və möhkəmlənməsində mediaların əhəmiyyətini dərk edir və bilirlər ki, Tehran-Bakı media əməkdaşlıqlarında sıçrayış digər sahələrdə əməkdaşlıqların genişlənməsi ilə də nəticələnəcək. Bu cərəyan son hərəkəti ilə çalışdı ki, iki ölkə əməkdaşlıqlarında, xüsusilə də media sahəsində dönüş nöqtəsinin yaranmasına mane olsun.
"Görünür bu addımı atan dairələr prezidentin xüsusi nümayəndəsini etibarsız etməyi düşünürlər. Bu dairələr öz hərəkətləri ilə çalışırlar ki, hətta Azərbaycan Respublikasının xüsusi nümayəndəsinin açıqlamaları, öhdəlikləri və vədləri lazımi etibara malik deyil" -deyə Ə.Kazimi söyləyib.
Əhməd Kazimi qeyd edib: Bu ehtimal da mövcuddur ki, son hərəkət Azərbaycan Respublikası hökumətinin sistemində daxili ixtilaf və yaxud ahəngdar olmamasından qaynaqlanıb. Lakin dəqiq məsələ budur ki, hazırda Azərbaycan Respublikasında Qərb medialarının nümayəndələri azad şəkildə fəaliyyət göstərirlər. Onlar fəaliyyət üçün lazımi sənədlərə malikdirlər, İrana qarşı təbliğatla məşğuldurlar və İran və Azərbaycan Respublikasının media əməkdaşlıqlarının genişlənməsinə maraqlı deyillər.
İranın Teleradio Təşkilatının Bakıdakı ofisinin müdiri əlavə edib: Şübhəsiz Azərbaycanın son hərəkəti hər hansı bir səbəblə düzəliş olunmadığı və əvəzi çıxılmadığı təqdirdə son media anlaşmalarının pozulması mənasındadır və Azərbaycan Respublikası üçün mənfi nəticələri olacaq. Rəsmi Bakının hərəkətindən təəccüblənən İranın Xarici İşlər Nazirliyinin sözçüsünün reaksiyasından sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev və bu ölkənin bəzi mediaları bildiriblər ki, bu məslə texniki səbəblərə, habelə viza məsələsinə görə baş verib. Halbuki viza məsələsi barəsində İranın rəsmi media nümayəndələri xidmət pasportu ilə Azərbaycan Respublikasında fəaliyyət göstərdiklərinə görə və İran ilə Azərbaycan Respublikası arasında mövcud konsulluq protokoluna əsasən xidmət pasportuna malik şəxslər bir ay müddətinə vizasız qarşı ölkəyə daxil ola bilərlər. Buna görə də viza problemi iddiasını irəli sürmək əsassızdır. Digər mənfi ehtimallar barəsində də qeyd etmək lazımdır ki, İranın Bakıdakı səfirliyi mənim fəaliyyətimlə bağlı vəsiqəmin və vizamın müddətini bir illik artırmaq üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə nota göndərmişdi. Bakı indiyə qədər bu barədə addım atmayıb. Buna görə də Azərbaycan tərəfinin texniki problemlərlə əlaqədar məqsədi də bəlli deyil. Azərbaycan tərəfinin bu məsələni sürətlə həll etməkdə və yaxud onun uzadılmasındakı davranışı göstərir ki, görəsən bu məsələ texniki olub yaxud Azərbaycan tərəfinin məqsədi bu məsələni irəli sürməklə vaxtı itirmək və ümumi fikri Tehranda son media anlaşmalarının pozulmasından yayındırmaq olub.
Əhməd Kazimi deyib: Son bir ildə Azərbaycan tərəfi İran qurumlarına qarşı təzyiqlər göstərib. Görünür bu qeyri-qanuni təzyiqlər onların fəaliyyətini dayandırmaq və yaxud məhdudlaşdırmaqla olmuşdur. Lakin bir müddət öncədən Azərbaycan tərəfinin İranın Teleradio Təşkilatının nümayəndəliyinə qarşı qeyri-qanuni təzyiqləri barəsində qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası demokratiya və informasiya azadlığının dəstəklənməsini iddia edən ölkədir. Buna görə də media nümayəndələrinə qarşı hər növ məhdudiyyət və təzyiqin yaradılması bu prinsiplə ziddiyyətdədir. Bu baxış da mövcuddur ki, İranın Teleradio Təşkilatı nümayəndəliyinin Azərbaycan Respublikası xalqının İslam müqəddəslərinə olan marağı ilə əlaqədar təsirli informasiya çatdırması Bakıdakı dairələrin narahatlığına səbəb olur. Lakin belə narahatlıq azad informasiyaya sadiqlik prinsipi ilə ziddiyyət təşkil edir.
Kazimi əlavə edib: Azərbaycan Respublikasında İrana qarşı açıq-aşkar separatçı siyasəti və təbliğatını izləyən media nümayəndələri fəaliyyət göstərirlər. Bu medialardan biri Günaz TV-dir ki, ABŞ-dan İranda separatçılıq üçün proqram yayımlayır, Bakıda telestudiyaya malikdir.
Bakının İrana qarşı bu mediaların fəaliyyətini dəstəkləməsi və İranın media nümayəndəliyinə təzyiq göstərməsi yəqin ki, dostluq və qardaşlıq əlaqələri iddiası ilə ziddiyyətdədir. Elə bu anti-İran mediaları mənim Bakıya girişimə maneçiliklə əlaqədar Azərbaycan Respublikasının son hərəkətini müsbət qarşılayıblar. Buna görə də təbiidir ki, belə bir sual ümumi fikrin zehnində canlanır: İranın media nümayəndələrinə qarşı rəsmi Bakının təzyiq tətbiq etməsinin və anti-İran mediaların təxribatçı fəaliyyətlərini dəstəkləməsinin səbəbi nədir?
Kazimi İran və Azərbaycan Respublikası arasında media əməkdaşlığının zəruriliyi və son media anlaşmalarının icra olunması barəsində də deyib: İki ölkə medialarının bir-birlərinin xəbərlərini 3-cü mənbələrdən istifadə etmələrinə icazənin verilməməsi üçün müştərək media əməkdaşlıqlarının mövcud olması zəruri məsələdir. Təbliğ, proqramların hazırlanması və xəbər mübadilələrindən əlavə texniki məsələlər iki ölkənin qonşuluğuna görə bu əməkdaşlığı tələb edir. Çünki bu qonşuluğa görə texniki məsələlər baxımından siqnalların çatdırılması və dalğaların müdaxilələri barəsində də media sahələri mövcuddur. Onların barəsində razılıq digər media sahələrində konstruktiv əməkdaşlıqlar olmadan mümkün deyil.
Kaziminin sözlərinə görə, eyni zamanda Azərbaycan Respublikası xalqı İranın milli medialarının istehsalatı, Həzrət Yusif (ə), İmam Əli (ə) və bir neçə digər serialın yayımlanmasını geniş şəkildə müsbət qarşıladı. Bu məsələ göstərdi ki, media əməkdaşlıqlarının inkişafına zəmin yaranıb. Yəni iki ölkənin media əməkdaşlıqlarının genişləndirilməsi üçün xalqın istəyi mövcuddur.