Masa qarşısında Erməni ilə yaxşı ünsiyyət quran Prezidentimiz maraqlıdır ki,niyə öz xalqı ilə ünsiyyət qurmaqda çətinlik çəkir?
well/Aran agentliyi
Masa qarşısında Erməni ilə yaxşı ünsiyyət quran Prezidentimiz maraqlıdır ki,niyə öz xalqı ilə ünsiyyət qurmaqda çətinlik çəkir?
Hakimiyyətin gücü yetməyirsə- Kənara çəkilin! Qarabağı xalq
Elə bir gün olmasın ki,bu sözləri eşitməyək. "Ermənistanın Silahlı Qüvvələrinın bölmələri,gecə saatlarında Ağdam rayonunun yaxınlığında yerləşən mövqelərdən,Tərtər rayonunun yaxınlığında yerləşən mövqelərdən, Azərbaycan ordusunun üzbə-üz mövqelərini avtomat və plemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub".
Atəşkəs elan olunsada ermənilər hər gün atəşkəsi pozurlar.Xalq bu sözləri eşitməkdən artıq bezib desək daha doğru olardı.Xalq bu sözləri eşidə-eşidə 20 il keçib getdi.Bu qədər vaxtda Qarabağ məsələsi elə ortada kimsəsiz uşaq kimi atılıb qaldı.
Milli ruhlu,vətənin torpağını,daşını canı bahasına sevən vətəndaşlar isə bu məsələnin həllindən nigarandırlar.Belə ki,Qarabağı son görənlərin 60 %-i dünyalarını dəyişiblər.
Yaddaşımızdan sanki biriləri Qarabağı silib atmaq istəyirmış.Cənab Prezidentimiz İlham Əliyev bu keçən 20 il ərzində ” Xalqın hakimiyyətə olan ümidləri özünü doğrutmur-doğrutmayacaqdır. Hər iki Prezidentlərin,Əliyevin və Sarkisyanın ətrafındakı insanlar,qarşılıqlı olaraq bir birilərini başa düşüb,bir biriləri ilə gözəl ünsiyyət qururlar.Asanlıqla Azərbaycan dilindən Erməni dilinə,Erməni dilindən Azərbaycan dilinə keçirlər. “ Qarabağın qaytarılması yolunda doğrusu bir nəticə əldə edə bilməyib.Əgər bu işi 20 il müddətində həll edə bilmirsə,nə üçün yerini kreslosunu bu məsələni həll edə biləcəklərə təhvil-təslim etmir.
Görünür ki, cənab Prezident Qarabağdan çox uzaqdadır. Sadəcə xalqın gözünə pərdə asır ki ,danışıqlar davam etdirilir. 22 dekabr 2011-ci ildə mülki vətəndaş erməni gülləsinə tüş gəlirsə,deməli Qarabağ probleminin fundamentində çürüklük vardır.
Xalqın hakimiyyətə olan ümidləri özünü doğrutmur-doğrutmayacaqdır. Hər iki Prezidentlərin,Əliyevin və Sarkisyanın ətrafındakı insanlar,qarşılıqlı olaraq bir birilərini başa düşüb,bir biriləri ilə gözəl ünsiyyət qururlar.Asanlıqla Azərbaycan dilindən Erməni dilinə,Erməni dilindən Azərbaycan dilinə keçirlər.
Bu Rusiyanın Prezidenti Medvediyevin çıxardığı analizdir. Masa qarşısında Erməni ilə yaxşı ünsiyyət quran Prezidentimiz maraqlıdır ki,niyə öz xalqı ilə ünsiyyət qurmaqda çətinlik çəkir?.Çox güman ki, Hakimiyyət zirvəsindən enmək qorxusu onları xalqına düşmən olaraq yetişdirir.
Düşmən dövlətin Prezidenti ilə gülərək görüşən cənab Prezidentimiz İlham Əliyev inanmayırıq ki, təbəssümləri ilə Qarabağı geri qaytarsın.Bizim Azərbaycan xalqımıza nə sülh nədə ki atəşkəs lazımdır.Bizə işğal olan torpaqlarımızın qaytarılması gərəkdir.Bu gün hakimiyyət isə bunu həyata keçirməkdə əfsuslar olsun çox zəifdir.
ISLAMTIMES - RAMIN AQAYEV