Türkiyə Cümhuriyyətinin Fransa parlamentinə etiraz mövqeyini dəstəkləyən KXCP bəyanat qəbul edib
well/Aran agentliyi
Türkiyə Cümhuriyyətinin Fransa parlamentinə etiraz mövqeyini dəstəkləyən KXCP bəyanat qəbul edib. Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir:
“Fransa parlamentinin aşağı palatasının qondarma erməni soyqırımını tanımayanlara qarşı cəza tətbiq etmə “qərarı” Fransanın özünə və Avropa dəyərlərinə qarşıdır. Bu addım Fransanın antitürk olduğunun göstəricisidir.
577 üzvdən 50-sinin qatıldığı, onun da 38-nin dəstəklədiyi bu qurumun qərarını kəskin pisləyirik. Fransasayağı demokratiya öz daxili işləridir deyirik.
Tarixi bilmək, bilməyənlərə öyrətmək, öyrənmək istəməyənləri isə siyasi-iqtisadi sanksiyalarla- mövcud metodlarla cəzalandırmaq gərəkdir.
KXCP Türkiyə Cümhuriyyətinin bu istiqamətdə atdığı bütün addımları dəstəkləyir. Azərbaycan-Fransa münasibətlərinin mövcud reallıqlara uyğun olmadığını pisləyir. Azərbaycan XİN-nin bəyanatı Türkiyə Cümhuriyyətinin mövqeyini müdafiə deyil, Fransanın “qəbul etdiyi qərarı” dolayısıyla təqdir etməkdir.
KXCP təklif edir:
• Bu yaxınlarda Sarkozi tərəfindən Fransanın legion ordeni ilə təltif edilmiş hörmətli Mehriban xanım Əliyeva etiraz əlaməti olaraq ordendən imtina etsin.
KXCP Azərbaycan hakimiyyətindən tələb edir:
• Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun fəaliyyətinə xitam verilsin.
• Azərbaycanın tələbiylə Fransa ATƏT-in Minsk qrupu həmsədrliyindən çıxarılsın.
• Azərbaycan ilə Fransa arasında olan iqtisadi, siyasi mədəni münasibətlərə və əlaqələrə son verilsin.