Son illər ərzində Azərbaycan Respublikasında səfir təyin etməyi qalmaqallı siyasi bir məsələyə çevirən ABŞ hökuməti Azərbaycan Respublikasındakı ''səfir oyunu''nu 3-cü mərhələyə daxil edib
well/Aran agentliyi
Son illər ərzində Azərbaycan Respublikasında səfir təyin etməyi qalmaqallı siyasi bir məsələyə çevirən ABŞ hökuməti Azərbaycan Respublikasındakı "səfir oyunu"nu 3-cü mərhələyə daxil edib.
Amerika mənbələri məlumat verirlər ki, Senatda Demokratların lideri Harry Rid Metyu Brayzanın Azərbaycan Respublikasında səfir kimi təyin olunması barəsində çalışmayıb və Konqresin tətilləri zamanı təyinat formatı ilə ABŞ prezidenti Barak Obama tərəfindən Bakıya ezam olunmuş Brayza səlahiyyət dövrü sona çatdığı üçün 2012-ci il yanvarın 1-ə qədər ölkəsinə qayıtmağa məcburdur. Belə ki, bu addım onun Konqres tərəfindən səfir təyin olunmadan və yaxud başqa bir şəxsin ABŞ-ın Bakıdakı səfiri təyin olunmadan həyata keçəcək. Senat bu dəfə qış tətillərində öz toplantılarını davam etdirəcək və buna görə də Obama tətil olmadığı üçün təyinat formatından istifadə edə bilməyəcək!
ABŞ mənbələri Brayzanın Bakıda səfir kimi fəaliyyətinin dayandırılması ilə əlaqədar Senatın müxalifətini erməni lobbisinin müxalifəti ilə əlaqələndiriblər. ABŞ-da erməni lobbisi də bir neçə məsələni qeyd edir: Brayzanın həyat yoldaşı Zeyno Baranın türk əsilli olması, Azərbaycan Respublikası Prezident Administrasiyasının Strateji Araşdırmalar mərkəzi tərəfindən nəşr olunan Azərbaycan Fokus jurnalının baş katibliyi bölməsi ilə Baranın əməkdaşlıq etməsi, Brayzanın həyat yoldaşı Zeyno Baranın Azərbaycan Respublikası və Türkiyə xarici işlər nazirləri ilə xarici səfərlərdə onlarla birlikdə olması və nəhayət Culfada ermənilərin tarixi abidələrinin dağıdılması məsələsində Brayzanın zəif funksiyası!
Siyasi ekspertlər Azərbaycan Respublikası barəsində ABŞ-ın səfiri oyununu ümumi fikri məşğul etmək və Amerikanın Bakıdakı səfirinin əhəmiyyətini qeyd etmək üçün bir oyun kimi qiymətləndirirlər. Halbuki Metyu Brayzanın Bakıya səfir təyin olunmasından öncəyə qədər ABŞ-ın son bir il yarımda Azərbaycan Respublikasına qarşı təxribatçı siyasətləri icra olunurdu və bəzi müşahidəçilər satirik olaraq qeyd edirlər ki, Vaşinqtonun Azərbaycan Respublikasındakı məsələləri ABŞ-ın səfiri olmadan da icra olunur.