Tarix : 2011 Dec 26
Kod 27549

Bakıdan Təbrizə təyyarə uçacaq

«Kish Air» Təbriz-Bakı aviareysi açır
well/Aran agentliyi

 

Dekabrın 31-dən etibarən İranın «Kish Air» aviaşirkəti Təbriz-Bakı marşrutu ilə birbaşa sərnişin aviareysini açacaq.
 Bu barədə Simsar.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Aeroportdan bildirilib ki, sözügedən marşrut üzrə uçuşlar hər həftənin II və VI günlər yerinə yetiriləcək ki, Bakıdan Təbrizə uçuş saat 18:45-də həyata keçiriləcək: «Bakı-Təbriz marşrutuna bir aviabiletin qiyməti 89 manat, hər iki istiqamətdə isə 175 manat təşkil edir».
Qeyd edək ki, hazırda Azərbaycanla İran arasında yalnız Bakı-Tehran aviareysi üzrə uçuşlar yerinə yetirilir.

  • Yazılıb
  • da (də) 2011 Dec 26