Tarix : 2011 Dec 26
Kod 27550

“Fransa Azərbaycandan rədd ol”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını ...
well/Aran agentliyi

 

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsi ilə bağlı Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları “Sarkozi türkün düşməni!”, “Əlcəzair, Ruanda - Fransa əlin qanda!”, “Fransa səfirliyi, Azərbaycandan rədd ol!” şüarları səsləndiriblər

Aksiyanın qətnaməsi oxunduqdan sonra səfirliyə təqdim olunub. Qətnamədə bildirilib ki, Fransa qondarma “erməni soyqırımı” arxasında gizlənməkdənsə, Əlcəzairdə və Ruandada 800 min insana qarşı etdiyi qətliamla bağlı üzv istəməlidir.

AMİP Fransa ictimaiyyətinə müraciət edərək, hakimiyyətlərinin türk düşmənçiliyinə alət olmamağa çağırıb. Qətnamədə Fransa parlamentinin bu qərarı qəbul etməsi saxtakarlıq və riyakarlıq oyunu kimi qiymətləndirilib.

  • Yazılıb
  • da (də) 2011 Dec 26