Tarix : 2011 Dec 26
Kod 27553

Əsgər atası haray çəkir

Əli Kərimbəyli: “Oğlumun qanını batırırlar”
well/Aran agentliyi

 

 

Əli Kərimbəyli: “Oğlumun qanını batırırlar

Mən övladımı əsl türk oğlu kimi böyütmüşdüm. O, vətəninə sonsuz dərəcədə məhəbbət bəsləyirdi. Hətta yaralı olduğu halda belə döyüş tapşırıqlarını yerinə yetirib. Bunları mənə onun əsgər yoldaşları deyib”.

Bu sözləri 2010-cu ilin oktyabrında Nərimanov Rayon Hərbi Komissarlıqdan həqiqi hərbi xidmətə çağırılmış, daha sonra şəhid olmuş əsgər Elçin Kərimbəylinin atası Əli Kərimbəyli deyir.

Oğlunun baxımsızlıqdan qanqren olduğunu, daha sonra hospitala aparılmadığını, bunlara görə dünyasını dəyişdiyini deyən ata indi aparılan istintaq işindən narazıdır. Ə.Kərimbəyli oğlunun həlak olduğunu deyir: “Oğlum baş atıcı əsgər vəzifəsinə təyin edilmişdi. 2011-ci il, aprelin 2-dən 20-dək ağır xəstə olmasına baxmayaraq 18 gün ərzində komandirləri Elçini hospitala yerləşdirməyiblər. İstintaqın gedişindən narazıyam. Çünki komandirlər bu günə qədər istintaqa cəlb olunmayıblar. İstintaqa yalnız çavuş Edilov Elnur cəlb edilib. O, komandirlərə oğlumun xəstə olması haqqında məlumat verib. Lakin onu qorxudublar ki, istintaqa məlumat vermədiyini desin. Artıq məhkəmə prosesi keçirilir. Mənim isə tələbim ondan ibarətdir ki, iş məhkəmədən alınıb yenidən istintaqa göndərilsin. Çünki istintaq işi düzgün aparılmayıb. Əgər mənim oğlum düşmən gülləsindən həlak olsaydı, bunu özümə şərəf bilərdim. Mən istintaqın düzgün aparılmasını istəyirəm. Tanrı millətimizi və Azərbaycanımızı qorusun”.

Musavat

  • Yazılıb
  • da (də) 2011 Dec 26