Tarix : 2011 Dec 26
Kod 27554

Hacı Abgül Süleymanova yeni ittihamlar irəli sürülə bilər - vəkil

Ruhani Abgül Süleymanovun həbs qətimkan tədbiri yanvarın 10-da bitir. BunuSalamNews-a açıqlamasında vəkil Anar Qasımlı bildirib
well/Aran agentliyi

 

 

"Ruhani Abgül Süleymanovun həbs qətimkan tədbiri yanvarın 10-da bitir. BunuSalamNews-a açıqlamasında vəkil Anar Qasımlı bildirib

HaqqYolu - "Ruhani Abgül Süleymanovun həbs qətimkan tədbiri yanvarın 10-da bitir. Bunu  vəkil Anar Qasımlı bildirib.

O deyib ki, Bakı Şəhər Baş Polis İdarəsində 6 may “Hicaba azadlıq” aksiyasına görə həbs olunanların istintaqı zamanı müəyyən disklər əldə edilib. Həmin disklərdə Abgül Süleymanovun çıxışları yer alıb. Bu çıxışlar ekspertizadan keçirilib və Abgül Süleymanovun hakimiyyət əleyhinə çıxışlar etməsi təsdiqlənib. Hazırda həmin disklərdəki çıxışlar yenidən ekspertizaya göndərilib. Fikrimcə, ona yeni ittihamlar irəli sürülə bilər".

Xatırladaq ki, ruhani Hacı Abgül Süleymanov avqust ayının 11-də Lahıcda qaynatasının evində olarkən həbs olunub. O, Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə bu il avqustun 11 də şübhəli şəxs qismində saxlanılıb.

SalamNews

  • Yazılıb
  • da (də) 2011 Dec 26