İslam pərdəsi altında islama düşmən olanlar!Artıq bizlər sizin əsl sifətinizi görmüşük
well/Aran agentliyi
Qafqazda Şeyx ola bilərsən-Ancaq İslamda yoxQafqaz Müsəlmanlarının Şeyxi olan Hacı Allahşükür Paşazadə müsəlmanlara qarşı olunan haqsızlıqlara etirazını bildirmir. Müsəlmanların ümidini doğrultmayan Hacı Allahşükür Paşazadə 19 avqust 2008-ci il Azərbaycanda müsəlmanları təmsil edən və görünüşdə islami don geyinən Hacı Allahşükür Paşazadə,Əbu-Bəkr məscidində baş verən partlayışdan sonra ,məscidlərə qoyulan qadağaların dinə görə yox insanların həyatını qorumağa görə olduğunu qeyd etdi.
Hacı Allahşükür Paşazadə hələ bilmir ki, bir müsəlmanın ən böyük arzusu məsciddə namaz qılarkən ölməkdir. Heydər Əliyevə, Heydər Əliyev həzrətləri deyən Hacı Allahşükür Paşazadə müsəlmanların şeyxi yox öz dediyi kimi Heydər Əliyevin şeyxidir.
Nəyə görə məktəblərdə dini dərslər, quran dərsləri keçirilmir-Ey Qafqaz Müsəlmanlarının Şeyxi Hacı Allahşükür Paşazadə.. Azərbaycan məktəblərində təhsil alan şagirdlərin islam dini haqqında heç bir anlayışları yoxdur. Uşaqlar öz dinini Qurani-kərimi peyğəmbərimizi tanımırlar. Bu da Azərbaycanın gələcəyi olan uşaqların şeytana tapmasına şərait yaradır.
Hicab taxmasına rəsmi qadağa olmayıb və prezident İlham Əliyevin, inanclıların ehtiyaclarına ” Hicab taxmasına rəsmi qadağa olmayıb və prezident İlham Əliyevin, inanclıların ehtiyaclarına diqqətlə yanaşdığını qeyd edən Qafqaz Müsəlmanlarının Şeyxi Hacı Allahşükür Paşazadə hicablı qadınların polislər tərəfindən vurulmasını, yerdə sürütlənməsini, Qurani-Kərimin yerə atılmasını görmürmü?. “ diqqətlə yanaşdığını qeyd edən Qafqaz Müsəlmanlarının Şeyxi Hacı Allahşükür Paşazadə hicablı qadınların polislər tərəfindən vurulmasını, yerdə sürütlənməsini, Qurani-Kərimin yerə atılmasını görmürmü?.
Bax bu polislər ali baş komandan ILham Əliyevin polisləri deyilmi.Hicab məhbuslarının sayının günü-gündən artması Azərbaycanda müsəlmanlara və dinə qarşı təzyiqlərin artmasını göstərir. Bu da inanclıların ehtiyaclarına diqqətlə yanaşmağı yox , müsəlmanların təhqir və təzyiqə məruz qalmalarının açıq sübutudur. Əslində bunlara,olanlara susması şeyxin ya Azərbaycandan xəbəri yoxdur anlamına gəlir,yada ki bu olanların ona dəxli yoxdur kimi düşünülür.
İslami zahiri olan bu şeyxin əməlləri dünyəvi batildir ki,bunu da özü ilə birgə hamı bilir. Müsəlmanlar bir bədən kimidir əslində. Bədənin bir üzvü narahat olduğu zaman bundan digər bədən üzvüləri narahat olduğu kimi,müsəlmanın biri dara düşdüyü zaman digər müsəlmanlarda sıxıntı keçirməlidirlər. Ancaq özünü Qafqazın Şeyxi adlandıran Hacı Allahşükür Paşazadə bu həbs olunan qardaşların halına heç acımayır.
Çünki O, bizlərdən deyildir.
Ey müsəlmanlar narahat olmağa dəyməz,bunlardan isə mərhəmət və ədalət gözləmək cahillik olardı. Allahu təala bizə bildirib ki,Bismillahirrəhmanirrəhim.Rəbbinin sözü,doğruluq və ədalət baxımından tamamlanmışdır. Onun sözlərini dəyişdirəcək kimsə yoxdur.O eşidəndir,biləndir.
İslam pərdəsi altında islama düşmən olanlar!Artıq bizlər sizin əsl sifətinizi görmüşük. Artıq gizlənməyə belə ehtiyac duymayın. Elə olduğunuz kimi görünürsünüz.Libas dəyişməklə gizlənməyinizin artıq işə yaramadığını sizə uymayan xalq inanın çoxdan bilir.
ISLAMTIMES - NEMƏT TURAN