Tarix : 2011 Dec 26
Kod 27558

Sionist rejim knesseti ''erməni soyqırımını'' araşdırır

Sionist rejim knesseti Fransa parlamentində ''ermənilərin soyqırımını'' inkar edənlərin cəzalandırılması qanununun təsdiq edilməsinin ...
well/Aran agentliyi

 

 

Sionist rejim knesseti Fransa parlamentində "ermənilərin soyqırımını" inkar edənlərin cəzalandırılması qanununun təsdiq edilməsinin ardınca ermənilərin soy-qırımı məsələsini iş gündəmində yer verib.

Sionist rejim knesseti bu gün bazar ertəsi (26 dekabr) 24 aprel gününün "erməni soyqırımının" ildönümü kimi qeyd olunmasını müzakirə edəcək. 2010-cu ildə Qəzzə əhalisinə humanitar yardım daşıyan Azadlıq gəmisinin azad sularda Sionist rejim komandoslarının hücumuna məruz qalmasının ardınca Sionist rejim ilə Türkiyə münasibətlərində sərinlik yaranıb. Hücumda 9 türk vətəndaşı həlak olmuşdu.

Türkiyə 2011-ci ilin oktyabr ayında Sionist rejimin Ankaradakı səfirini çıxarıb və bu rejimlə hərbi münasibətlərini dayandırdı. Sionist rejim də ötən həftə aviasiya hərbi təchizat üzrə sazişi ləğv edib.

Fransa parlamenti ötən cümə axşamı günü parlamentdə ermənilərin soy-qırımını inkar edənlərin cəzalandırılması qanununu ratifikasiyadan keçirib və Türkiyə bu addıma verdiyi reaksiyada Fransa ilə özünün siyasi-hərbi əməkdaşlıqlarını dayandırılmış vəziyyətə gətirib.

Türkiyənin siyasi şəxsiyyətləri bildiriblər: Fransa prezidenti Nikola Sarkozi gələn prezident seçkilərində ermənilərin səslərini qazanmaq məqsədi ilə "ermənilərin soyqırımını" inkar edənlərin cəzalandırılması qanununun ratifikasiyadan keçməsinə dəstək verir.

  • Yazılıb
  • da (də) 2011 Dec 26