Tarix : 2011 Dec 26
Kod 27559

QAT “Qarabağın Qələbə Modeli” adlı sənədi hökumətə gəndəri

Qarabağ Azadlıq Təşkilatı (QAT) Beynəlxalq Mətbuat Mərkəzində ''Qarabağın işğaldan hərbi yolla azad edilməsi üçün Qələbə Modeli'' adlı sənədin təqdimatını keçirdi
well/Aran agentliyi

 

 

Qarabağ Azadlıq Təşkilatı (QAT) Beynəlxalq Mətbuat Mərkəzində "Qarabağın işğaldan hərbi yolla azad edilməsi üçün Qələbə Modeli" adlı sənədin təqdimatını keçirdi.

QAT sədri Akif Nağı qəzetimizə verdiyi açıqlamada bildirdi ki, sənəddə Qarabağ məsələsi ilə bağlı danışıqların heç bir nəticə vermədiyi, beynəlxalq təşkilatların, böyük dövlətlərin, vasitəçilərin məsələyə obyektiv yanaşaraq ədalətli həll variantı təklif etmədiklərini qeyd olunub: "Biz hazırladığmız sənəddə torpaqlarmızın qaytarılması üçün hərbi yolun labüdlüyünü xüsusi qeyd etmişik. Azərbaycan Qələbə modelini reallaşdırmaq üçün öz gücünə, daxili imkanlarına arxalanmalıdır. Hərbi yolun reallaşdırılmasında əsas maneə kimi Rusiyadır. Rusiya amilinin neytrallaşdırılması üçün isə Türkiyənin önə çıxması təklif edirik. Əgər Rusiya Ermənistanın təhlükəsizliyinə təminat verirsə, Türkiyə də Azərbaycanın təhlükəsizliyinə təminat verməlidir. Belə olarsa, Azərbaycan Ermənistana hərb meydanında qalib gəlmək üçün çətinlik çəkməyəcək".

A.Nağı həmçinin qeyd etdi ki, sənəd ictimai təşəbbüs kimi təklif olunur. O Azərbaycan və Türkiyə rəhbərllərinin bu təklifə diqqətlə yanaşacaqlarına ümid etdiyini vurğuladı: " Artıq vaxt itirmək olmaz, sülh danışıqları deyilən aldadıcı proses torpaqlarımızın işğal altında qalmasına, status-kvonun saxlanılmasına xidmət dir. Hamı bilməlidir ki, bu gün sülh danışıqlarını müdafiə etmək, hansısa "xalq diplomatiyası"ndan danışmaq Azərbaycanın milli maraqlarına xəyanət deməkdir. Bütün bunlara son verməli, torpaqlarımızın hərbi yolla azad etmək üzərində düşünməliyik. Cəmiyyət və dövlət bu gün düşüncə və hərəkətlərlə yaşamalıdır".

Qeyd edək ki, tədbirdə QHT nümayəndələri, hərbi ekspertlər, qaçqın və məcburi köçkünlər, media nümayəndələri iştirak edirdi.

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Dec 26