Tarix : 2011 Dec 27
Kod 27586

Brucerdi: Bakının rəftarı İran parlamentində simvolik reaksiya ilə qarşılandı

Bizim Azərbaycan ilə əlaqələrimiz dərin tarixi köklərə malikdir
well/Aran agentliyi

 

İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi Beynəlxalq Səhər Kanalının müxbiri ilə müsahibədə Tehran-Bakı münasibətləri ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

Əlaəddin Brucerdi Səhər Kanalının müxbiri ilə müsahibədə son zamanlar Azərbaycan hökuməti tərəfindən İrana qarşı yönəlmiş rəftarların artmasına və münafiqlər qruplaşmasının üzvlərinə bu ölkə ərazisində sığınacağın verilməsi ehtimalına reaksiya olaraq İran İslam Şurası Məclisində bəzi millət vəkilləri tərəfindən Gülüstan və Türkmənçay müqavilələrinin yenidən araşdırılması üzrə bir layihənin hazırlanması məsələsi haqdakı sualına cavab olaraq isə bunları dedi: "Bütün bunlar İslam Şurası Məclisindəki azəri dostlarımızın əsəbiliyinin simvoludur. Onlar bunlarda haqlıdırlar. Bizim Azərbaycan ilə əlaqələrimiz dərin tarixi köklərə malikdir. Buna görə də Azərbaycan hökuməti elə rəftara malik olmamalıdır ki, İran azəriləri bu həddə qədər narahat olsunlar və on ların İslam Şurası Məclisindəki nümayəndələri belə bir reaksiya göstərsinlər. Buna görə də Azərbaycan Respublikası hökumətinə təklifim bundan ibarətdir ki, öz rəftarlarına düzəliş etsinlər və hər iki ölkənin ortaq düşmənlərinə o cümlədən İsrail rejiminə qərarların qəbul edilməsində onlar üçün məsləhətçi rolu oynamaq icazəsi verməsinlər."

Əlaəddin Brucerdi iki ölkə hökuməti və xalqları arasındakı əlaqələrin kökləri, əlaqələrə olan diqqətin önəmi və zərurəti haqda dedi: "Həqiqət budur ki, İran İslam Respublikasının siyasəti bütün qonşu ölkələrlə ən yaxşı münasibətlərə malik olmaqdır. Və Azərbaycan Respublikası da İran ilə malik olduğu bir çox tarixi, mədəni və dini ortaqlıqlara habelə, gözəl və sevimli bir xalqa malik olmaqla İranın xarici siyasətində özünə məxsus yerə malikdir. Bəzi gerçəklikləri həqiqətdə xalqların özləri təyin edirlər. Və mən belə fikirləşirəm ki, həm İran həm də Azərbaycan xalqları müxtəlif səbəblərdən qaynaqlanan məsələlərə görə qarşılıqlı olaraq böyük marağa malikdirlər. Xüsusilə Məşhəddə İmam Rza(ə)-ın və Qum şəhərində Həzrət Məsumə(s.ə)-nın pak ziyarətgahlarının qərar tutması bu əlaqələrdə böyük təsir dairəsinə malikdir və belə təsəvvür edirəm ki, məhz bu kimi səbəblərə görə Azərbaycan Respublikasının şərəfli xalqı İrana böyük maraq və hörmət bəsləyirlər. Digər tərəfdən biz hər iki ölkə xalqının böyük qonaqpərvərliyindən qaynaqlanan bir məsələ olaraq, ikitərəfli əlaqələrin genişlənməsində maraqlıyıq. Bu artıq hökumətlərin vəzifəsidir ki, əlaqələrin genişləndirilməsi üçün lazımı addımları atsınlar və asanlaşdırıcı tədbirlər həyat keçirsinlər. Bizim siyasətimiz İran İslam Respublikası olaraq ən yaxşı əlaqələrə malik olmaqdır. Və biz də İslam Şurası Məclisində bu siyasəti tam formada dəstəkləyirik. Beləliklə, mövcud maneələr və əngəlləri də araşdırmaq və aradan qaldırmaq lazımdır. Mən belə inanıram ki, bu kimi məsələlərdə əcnəbi qüvvələrin təxribatçı roluna diqqət göstərilməlidir. Ümumiyyətlə əcnəbi qüdrətlər İslam Ümməti arasında bu kimi əlaqələrin tərəfdarı deyillər. Misal olaraq demək lazımdır ki, biz həm İslami Əməkdaşlıq Təşkilatına, həm mühüm regional əməkdaşlıq təşkilatlarından olan EKO təşkilatına üzv ölkələrik. Biz bu çərçivədə yaxın əməkdaşlıqlara malik ola bilərik. Amma, Amerika kimi ölkələr bunu istəmirlər. Onlar öz mənafeləri ardıncadırlar. İstər iqtisadi, istər siyasi, istərsə də təhlükəsizlik baxımından. Onlar üçün mühüm olan yeganə məsələ ABŞ-ın mənafeyidir. Misal üçün onlar təqribən 10 il öncə İraq xalqını xilas etmək üçün bu ölkəyə daxil oldu. İndi isə bu ölkəni elə bir vəziyyətdə və bir məğlub olaraq tərk edir ki, İraqda 1 milyondan çox insan qırğın edilib. Bu tarixi hadisə həqiqətdə region ölkələri üçün bir növ ibrət dərsi sayılır. Əfqanıstanda da oxşar hadisələr baş verdi. Amerikanın kənarında İslam Dünyasının ən qatı düşməni İsrail rejimidir. Belə ki, sionistlər və Mossad təşkilatı yüzlərlə iraqlı alimi terror etdilər. Bu hadisə hər bir islam ölkəsində təkrar oluna bilər. Buna görə də, region ölkələri son 10 ildə regionda baş vermiş bu acı hadisələrdən ibrət almalıdırlar."

İran İslam Şurası Məclisinin komissiya sədri iki ölkə münasibətlərində yaşanan bəzi xoşagəlməz hallar və xüsusilə son zamanlar Azərbaycanda İrana qarşı artan mənfi təbliğatlara gəlincə isə dedi: "Mən belə düşünürəm ki, İran İslam Respublikası qarşısında daha məntiqli siyasətlərə malik ola bilər. Bizim Azərbaycan hakimiyyəti və dövləti ilə bağlı düşüncəmiz ondan ibarətdir ki, orada belə bir istək mövcuddur. Lakin, başqaları buna imkan vermirlər. Elə buna görə də mən dedim ki, bu əlaqələrdə əngəllər mövcuddur. ABŞ Azərbaycan kimi bir ölkənin İran ilə yaxın əlaqələrə və münasibətlərə malik olmasını istəmir. Buna görə də davamlı olaraq müxtəlif bəhanələr və fürsətlərdən istifadə edərək, bu əlaqələrə zərbə vurmağa çalışırlar. Mən belə düşünürəm ki, Azərbaycanın milli maraqları da bunu tələb edir ki, ölkə sərhədlərindən kənardan Amerikadan, İsraildən gələn təxribatçı fikirlərə əhəmiyyət verilməsin və iki ölkənin qarşılıqlı milli maraqları çərçivəsində İran İslam Respublikası ilə əlaqələrə məntiqli formada yanaşılsın."

Əlaəddin Brucerdi rəsmi Bakı və bəzi dairələr tərəfindən Azərbaycan Respublikasının və eyni zamanda İranın milli maraqlarına zidd addımların atılması və bunun mənfi təsirləri haqda isə belə dedi: " Bu qeyd etdiyim kimi əlaqələrdə olan əngəllərdir. Mən belə düşünürəm ki, bunlar kənar təsirlərin nəticəsidir və uzunmüddətli siyasətdə özünü doğrulda bilməz. Çünki, son region hadisələri bir daha sübut etmiş oldu ki, qərarları qəbul edən tərəf hökumətlər yox, xalqdır. Əgər, xalqların istəklərinə diqqət göstərilməsə...Mən qeyd etdim ki, Azərbaycanın şərəfli xalqı İmam Rza(ə)-a xüsusi əlaqəyə malikdirlər. Bəs onların ziyarət, ticarət, səyahət və digər işlər üçün İrana gəlmələrinə münasib şəraitin yaradılması Azərbaycan Respublikası hökumətinin vəzifəsidir. Və yayındırıcı mübahisələr nə Azərbaycan Respublikasının milli maraqlarına xidmət etmir, nə də ki, onlara heç bir faydası olmayacaq. Eyni zamanda ölkədə xalq arasında gizli narazılıqların artmasına səbəb olacaq."

Əlaəddin Brucerdi daha sonra İranın media nümayəndəsinin Bakıya buraxılmaması məsələsi ilə bağlı Səhərin müxbirinə dedi: "Mən belə düşünürəm ki, bu da elə mənim bundan öncə işarə etdiyim məsələlərin növbəti halqasıdır. Və bu zəncirvarı hadisələr Azərbaycanın xeyrinə deyil buna görə də, Azərbaycan hökuməti bu zəncirdəki halqaların sayının artmasına icazə verməməlidir."

İran parlamentinin Komissiya sədri Bakının terrorçu münafiqlər qruplaşmasının üzvlərinə sığınacaq verməsi ehtimalı haqda isə dedi: "Münafiqlər olduqları hər bir yerdə gərginliyə səbəb olublar. Əgər Azərbaycan Respublikası hökuməti öz ölkəsində gərginlik ardıncadırsa, bu bir növ ölkəyə gərginlik idxal etmək və terrorçuluğu genişləndirmək metodudur."

Əlaəddin Brucerdi Azərbaycan Respublikası hökumətində bəzi dairələr tərəfindən narkotik vasitələr və onların guya İrandan ölkəyə qaçaq edilməsi habelə, bu məsələ ilə mübarizə haqda səsləndirilən fikirlərə də öz münasibətini bildirdi: "Biz narkotik vasitələr ilə mübarizədə son dərəcə ciddi rəftara malik olmuşuq. Mən belə inanıram ki, bu kimi siyasətlərin yürüdülməsi heç də Azərbaycanın milli maraqlarına xidmət etmir. Biz bilirik ki, bütün bu məsələlərin arxasında sionistlər və ingilislər dayanır. Və Əfqanıstanda da İngiltərənin narkotik vasitələrə nəzarəti öz üzərinə götürdüyü zamandan bu ölkədə narkotik maddələrin istehsal həcmi 40 dəfə artıb. Buna görə də yaxşı olar ki, Azərbaycan hökuməti də narkotik vasitələrlə mübarizədə ciddi rəftara malik olsun. Əlbəttə bu o qədər də çətin məsələ deyil. Biz bu işdə 4000-dən çox şəhid vermişik və biz onları dəvət edirik ki, qollarını çırmalayıb gəlsinlər və narkotik vasitələrlə mübarizədə yaxından iştirak etsinlər, problemləri yaxından müşahidə etsinlər və əməkdaşlıq etsinlər."

İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Azərbaycan Respublikasında anti-İslam və anti-İran təbliğatların genişlənməsi, islamçılara qarşı məhdudiyyətlərin tətbiq edilməsi kimi hərəkətləri isə mənasız hesab edərək, Azərbaycan Respublikası xalqının İslam və İrana olan məhəbbətini sonsuz hesab edib və deyib: "Mən belə düşünürəm ki, bu eşq, son dərəcə geniş olan mənfi təbliğatlara baxmayaraq hələ də mövcuddur. Sabiq Sovet İttifaqı on illərlə bu xalqların qəlbində İslama olan eşqi və məhəbbəti məhv etməyə çalışdı. Lakin, sonda gördüyünüz kimi bu eşq vulkan kimi püskürdü. Xalqların sevgisini, məhəbbətini zorakılıqla məhv etmək mümkün deyil."

 

  • Yazılıb
  • da (də) 2011 Dec 27