Tarix : 2011 Dec 27
Kod 27587

İSLAMA HÖRMƏT VƏZİFƏMİZDİR

Yasamal Heseyniyyəsi bağlandı. Dini dükanlara lisenziya verilmir
well/Aran agentliyi

 

Yasamal hüseyniyyəsinin dindarlarından aldığımız məlumata görə, dünən hüseyniyyəyə gələn hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri hüseyniyyənin fəaliyyətinin dayandırıldığını bildiriblər.

Dindarların bildirdiklərinə görə, onlar hüseyniyyənin qapadılmasını təsdiq edən heç bir sənəd təqdim etməyiblər. Bəs biz harada ibadət edək sualına cavab olaraq isə deyiblər ki, əgər ibadət etməyə yer axtarırsınızsa, bundan sonra Təzə Pir məscidinə gedin. Ahlibeyt

Azadxeber.az saytının əməkdaşlarından birinin əldə etdiyi məlumata əsasən Dini dükanlara lisenziya verilmə məsələsində əngəllər yaranıb. Bundan sonra hər rayonda bir Dini dükan fəaliyyət göstərə bilər. Onlarında satdıqları dini ədəbiyyatı Dini Qurumlar idarəsi rəsmən təsdiq etməlidir və qəbul etməlidir. Əks halda bu dükanlar qəbul edilməyən Dini ədəbiyyatı sata bilməzlər.

  • Yazılıb
  • da (də) 2011 Dec 27