Tarix : 2011 Dec 27
Kod 27588

Türkiyə ərazisindən sızmağa çalışan terrorçular həbs edildi

Suriya maddi sübutları Ərəb Birliyi Liqasının heyət üzvülərinə göstərəcək
well/Aran agentliyi

 

Suriya rəhbərliyi, Türkiyə sərhədindən Suriyaya sızmağa çalışan bir qrup silahlı terroristin öldürüldüyünü açıqlayıb.

Dövlət agentliyi olan SANAda yayımlanan xəbərə görə, İdlib şəhərində de, Suriya təhlükəsizlik qüvvələrinin Türk sərhədindən sızmağa çalışan silahlı bir terror qrupuna kömək etməyə çalışan bir terror qrupu ilə silahlı qarşıdurma qeydə alınıb.

SANA-nın Suriya ordusu qaynaqlarına istinadən verdiyi xəbərdə, silahlı qrupun bəzilərinin öldürüldüyü bəzilərinin isə yaralı olaraq qaçdığı vurğulanıb. Silahlı qrupdan müsadirə edilən hərbi forma, cib telefonları, saxta şəxsiyyət, silah və digər əşyalar maddi sübut kimi götürülüb saxlanılıb.

Xəbərdə, silahlı qrupun bəzi silahdaşlarının Türkiyə torpaqlarına doğru qaçdığı iddia edilərək, ələ keçirilən təçhizatlara əsasən Suriya ərazisində hücum və qırğın planlaşdırıldığı da yer alıb.

Ərəb Birliyi Liqasından gələn 10 nəfərlik bir heyət sözü gedən İdlib şəhərinə yollanaraq araşdırmalar aparılacağını bildiriblər

  • Yazılıb
  • da (də) 2011 Dec 27