Tarix : 2011 Dec 27
Kod 27592

''Ramin Bayramov narkotik maddə istifadəçisi deyil''

Narkoloji ekpertiza baş redaktor barədə rəy verib
well/Aran agentliyi

 

 

Respublika Narkoloji Dispanseri Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan “İslamazeri.com” saytının baş redaktoru Ramin Bayramov haqqında rəy verib. Rəyə görə, Ramin Bayramov narkotik maddə istifadəçisi deyil.

Vəkil Ramil Məmmədovun sözlərinə görə, kompüretdən götürülmüş əl izlərinin ekspertizasının cavabları da hazırdır: “Lakin bu ekspertiza cavabları ilə bağlı hər hansı istintaq hərəkətləri aparılmayıb”.

Vəkil Ramin Bayramovla ötən həftə görüşdüyünü, ümumi vəziyyətlə bağlı hər hansı şikayətinin olmadığını əlavə edib: “Bu həftə onunla təkrar görüş planlayıram”.

Ramin Bayramov avqustda həbs olunub. O, Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə günahlandırılır.

 Media forum

  • Yazılıb
  • da (də) 2011 Dec 27