Tarix : 2011 Dec 29
Kod 27614

“Qarabağ münaqişəsində qarşılıqlı anlayışa nail olmaq mümkün olub''

Rusiya Xarici İşlər Nazirliyi 2011-ci ilin əsas xarici siyasət hadisələrini açıqlayıb
well/Aran agentliyi

 

Rusiya Xarici İşlər Nazirliyi 2011-ci ilin əsas xarici siyasət hadisələrini açıqlayıb. Rusiya XİN-nin rəsmi saytının verdiyi məlumata görə, 22 bənddən ibarət olan olaylar xronologiyasında Dağlıq Qarabağ münaqişəsi istiqamətində icra edilən işlər də bu ilin əsas xarici siyasət hadisələri sırasına daxil edilib.

2011-ci ilin əsas hadisələri arasında Rusiyanın münaqişələrin həllindəki fəaliyyəti də göstərilib: "Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə Soçi (mart ayında) və Kazanda (iyun ayında) Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan dövlət başçısı Serj Sarksiyanın görüşü keçirilib. Bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həllində əsas məsələlərə dair qarşılıqlı anlayışa nail olmaq mümkün olub".

 

  • Yazılıb
  • da (də) 2011 Dec 29