Tarix : 2011 Dec 29
Kod 27616

Bakıda kütləvi dava: ölən və yaralanan var

Azərbaycan paytaxtında qətl törədilib
well/Aran agentliyi

 

Bu barədə  Nərimanov Rayon Polis İdarəsindən bildirilib.

Hadisə keçən gün saat 15.00 radələrində rayonun Həsən Əliyev küçəsində, “Kral” şadlıq evinin yaxınlığında qeydə alınıb. Bir qrup gənc arasında düşən dava sonda bıçaqlaşma ilə nəticələnib.

Hadisə zamanı iki nəfər – 25 yaşlı Elman Hacıbabayev və 22 yaşlı İbrahim Yəhyayev ağır xəsarətlərlə xəstəxanaya aparılıblar. Ürəyindən xəsarət alan İ.Yahyayevi xilas etmək mümkün olmayıb. Digər yaralının vəziyyəti isə ağır qiymətləndirilir.

Polisdən həmçinin bildirilib ki, davada iştirak edən digər şəxslər avtomobillə ərazidən uzaqlaşıblar. Hazırda onların saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisənin baş vermə səbəbləri isə hələlik məlum deyil.

 

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Dec 29