Tarix : 2011 Dec 29
Kod 27618

Hər il 20 yəhudi İslamı qəbul edir

Şrift ölçüsünü dəyiş:Qüdsdə aparılan araşdırmanın nəticələri belə deməyə əsas verir
well/Aran agentliyi

 

Qüds İsrail Tədqiqatlar Mərkəzinin əməkdaşı professor İsaak Ritterin apardığı araşdırmanın nəticələrinə görə, hər il azı 20 yəhudi müsəlman olur. Prof. Ritter İslamı qəbul edən yəhudilərin böyük əksəriyyətinin qadınlar olduğunu deyir.Yəhudi alim İsraildə ibvrit dilində aparılan İslama dəvətin son 30 ildə analoqu olmayan bir iş olduğunu bildirib. Ritterin apardığı araşdırma nəticələrinin bir qismini dərc edən “Yediot Ahronot” qəzetində İslam dinin və dəvətin artıq yəhudilərin səflərinə nüfuz etdiyi qeyd edilib.

Qəzetin xəbərində İsraildəki müsəlman dəvətçilərin çox mədəni insanlar olduğu və ehtiramla yəhudilərə yanaşaraq, gözəl şəkildə yəhudiləri İslama dəvət etdikləri öz əksini tapıb. Xəbərdə sözügedən dəvətçilərin ivrit dilində səlis danışdıqları, bunun da dəvətin daha da effektiv aparılmasına imkan verdiyi qeyd edilib.

Qəzet İsraildə İslam dəvətin Yaxın Şərq və Avropadan yayımlanan peyk televiziyası və internet saytlarında aparılan dini təbliğat sayəsində başladığını yazıb. İsraildəki müsəlman dəvətçilərdən Əbu Həsən isə açıqlamasında vəzifəsinin haqq olan İslamı təbliğ etmək olduğunu deyir.

Məlumat üçün deyək ki, İsrail qanunlarına görə ölkədə digər dinlərə dəvət fəaliyyəti ilə məşğul olmağa icazə verilir.

timeturk

  • Yazılıb
  • da (də) 2011 Dec 29