Azərbaycan Respublikası islamçılıq hərəkatının tanınmış şəxsiyyətlərindən olan Gündüz Hacıyev cümə axşamı günü axşam saatlarında Allahlın rəhmətinə qovuşdu
g/arannews
Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölməsi
Aran xəbər agentliyinin verdiyi məlumata əsasən, Azərbaycan Respublikası Fəzilət Partiyasının sədri Gündüz Hacıyev cümə axşamı günü axşam saatlarında uzun sürən xəstəlikdən sonar vəfat etdi. Əvvəllər AİP-nın da üzvü olmuş Gündüz Hacıyev hicab hərəkatında doktor Mövsüm Səmədovun mövqeyini müdafiə edən islamçılardan idi. O, Beynəlxalq Qüds Günü münasibətilə keçirilən aksiyalarda iştirakı və digər etiqadi addımlarına görə ötən illərdə bir neçə dəfə həbs olunmuş və zindana salınmışdı.
Aran News Azərbaycan Respublikasının bu siyası və məzhəbi fəalının vəfatı münasibətilə Azərbaycan xalqına, xüsusilə də o mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və səfər etmişə Mütəal Allahdan rəhmət diləyir.