Hazırda Azərbaycan Respublikası dövləti İsrail və ABŞ-a arxalanmaqla Qarabağın azadlığına çalışır. Əlbəttə, bu baş tutası deyil
well/Aran agentliyi
Hazırda Azərbaycan Respublikası dövləti İsrail və ABŞ-a arxalanmaqla Qarabağın azadlığına çalışır. Əlbəttə, bu baş tutası deyil.
Aran Newsin müxbirinin Təbriz şəhərinin Tuba məscidində 9 dey münasibətilə keçirilən konfransdan verdiyi xəbərə görə, Şərqi Azərbaycan əyalətinin valisi doktor Əlirza Beygi bu konfransdakı çıxışı arasında Azərbaycan Respublikasının torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğalına işarə edərək deyib: "Hal-hazırda Azərbaycan Respublikası xalqı ölkənin təzə nəsli qarşısında xəcalət hissi keçirir. Çünki onlar 3 milyon əhalisi olan bir ölkənin 9 milyon əhalisi olan ölkənin 20 % ərazisini necə və nə üçün işğal edə bilməsini izah edə bilmirlər. Ona görə də başqalarını günahlandırmağa çalışırlar".
Doktor Əlirza Beygi bu barədə dedi: "Həqiqətən də bir ölkənin torpaqlarının işğal altında olması həmin ölkə xalqı üçün çox əzabvericidir. Amma əfsuslar olsun ki, Azərbaycan Respublikası dövləti işğal olunmuş əraziləri qaytarmaq üçün düzgün yol seçməyib. Bu ölkə dövləti İsrail və ABŞ-a arxalanmaqla Qarabağın azadlığına çalışır. Əlbəttə, bu baş tutası deyil".
Şərqi Azərbaycan əyalətinin valisi çıxışının davamında dedi: "Qarabağın azadlığının yeganə yolu Azərbaycan Respublikası dövlətinin imam Hüseyn (ə) məktəbinə qayıdışındadır. Lakin təəssüflər olsun ki, Azərbaycan Respublikası bu günləri qəflətdədir və məktəblərdə hicab qadağası və Məhərrəm ayında əzadarlıq keçirmək istəyənlərə qarşı məhdudiyyətlər yaratmaq kimi məsələlərlə hələ ölkə şiələrinə əziyyət verir".
Doktor Əlirza Beygi çıxışının sonunda vurğuladı: "Dəfələrlə azəri rəsmilərinə deyilmişdir ki, izzət qazanmağın yolu, imam Hüseynin (ə) yolundadır və bu həmin yoldur ki, İran xalqı onu dəfələrlə sınamış və nəticə almışdır. Vadar olunduğumuz müharibədə (İran-İraq) qələbə qazanmağımız bunun bir nümunəsidir".
Qeyd edək ki, 9 dey həmasəsini anım konfransı cümə axşamı Təbrizin islamçı birliklərinin təşəbbüsü ilə keçirildi.