Tarix : 2011 Dec 30
Kod 27641

AİP sədrinin əfv fərmanına reaksiyası

Azərbaycan İslam Partiyasının həbsdə olan rəhbəri Azərbaycan Respublikası hökumətinin hazırkı siyasətlərini Stalinin hakimiyyəti dövründə mövcud ...
well/Aran agentliyi

 

Azərbaycan İslam Partiyasının həbsdə olan rəhbəri Azərbaycan Respublikası hökumətinin hazırkı siyasətlərini Stalinin hakimiyyəti dövründə mövcud olan 1937-ci il hadisələrini xatırladan siyasətlər adlandırıb.

AranNews-un məlumatına görə, Möhsün Səmədov Azərbaycan Respublikası prezidenti İlham Əliyevin son əfv fərmanı haqda vəkilinə deyib: Azərbaycan Respublikası hökumətinin siyasətləri 1937-ci il siyasətlərinin davamıdır və bu siyasətlər dindarların hökumətə qarşı narazılıqlarının hər gün daha çox artmasına səbəb olur.

M.Səmədov əlavə edib: 28 Səfər məhbuslarını və Hacı Əli Nardarani kimi insanların adlarını əfv fərmanına daxil etməyən belə bir hökumət üçün mütəəssifəm. Məgər onlar hansı günahın sahibidirlər ki? Onlar "Ya Məhəmməd!" şüarı veriblər və Quran müəllimi olublar.

  • Yazılıb
  • da (də) 2011 Dec 30