Bu gün Bakıda Naxçıvanın Bakı nümayəndəliyi qarşısında etriaz aksiyası keçirilib
well/Aran agentliyi
Bu gün Bakıda Naxçıvanın Bakı nümayəndəliyi qarşısında etriaz aksiyası keçirilib.
FaktXeber.com xəbər verir ki, Aksiya iştirakçılarının əsas tələbi Naxçıvanda həbs edilən və işgəncələrə məruz qalan AXCP üzvü Zeynal Bağırzadəyə həmdə qarşı həm də ümumilikdə Naxçıvanda baş verən özbaşınalıqlara etiraz olub. Aksiya iştirakçıları "Vasif Talıbova istefa", "Biz azadlıq istəyirik" şüarları səsləndiriblər.
Nümayəndəliyi mühasirəyə alan polis əməkdaşları aksiyanın keçirilməsinə mane olublar, saxlanılanlar var. Aksiyada 50 nəfərədək iştirakçı olub. 6 nəfər həbs edilərək Nərimanov Polis İdarəsinə aparılıb. Onlar AXCP sədrinin müavini Asəf Quliyev, partiya fəalı Orxan Carçıyev, Sahib və Zahid adlı daha 2 aksiyaçıdır.
Xatırladaq ki, Zeynal Bağırzadə barəsində CM-nin 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurma) maddələri ilə cinayət işi qaldırılıb.