Tarix : 2011 Dec 30
Kod 27647

Zəli olub xalqın qanını soranlar

bir insanda ki, vətən qeyrəti, vətən məhəbbəti olmaya, o şəxsdən heç vaxt torpaqlarını azad edən bir insan çıxmaz. Elə 20% torpaqlarımızı satan xain şəxslər məhz belə insanlardan idi
well/Aran agentliyi

 

 

Bu qədər nefti, bu qədər qazı olan millətin, xalqın bu cür tufeyli, kasıb həyat tərzi sürməsi həqiqətən insanı təəccübləndirir. Allah təalanin biz Azərbaycan xalqına bu qədər saysız, hesabsız yeraltı, yerüstü nemətləri verməsinə baxmayaraq bugün 3 milyondan artıq vətəndaşımız ailəsini dolandırmaq, ac qarnını doyurmaq üçün sevdiklərini, əzizlərini tərk edərək xarici ölkələrə getmişlər.

Bir tərəfdə zəngin neft ölkəsi, digər tərəfdə isə geniş işsiz kütləsi. Nədir bütün bunlara səbəb?

Əlbəttə ki, cəmiyyətimizdə baş alıb gedən ədalətsizlik, rüşvətxorluq və özbaşınalıq. Xalqın malını öz ata malı kimi bölən harınlamış məmurlar yalnız öz mənafelərini güdərək məzlum xalqın qeydinə qalmırlar.

Fikirləri yalnız heyvan kimi öz nəfsani və şəhvəti istəklərini təmin etmək və məzlum xalqı hər tərəfdən sıxaraq dolanmağına imkan verməməkdir. Öz yaşayış prinsiplərini rüşvət üzərində quran bu insanların məzlum xalqın başına açmadığı oyunlar qalmayıb.

Müharibə şəraiti, keçid dövrü və s. kimi bəhanələr gətirərək xalqı səbr etməyə çağırırlar. Səsini çıxarıb etiraz edənləri isə, min bir bəhanə ilə tutaraq həbs edirlər. Bu cür etməklə digər insanların gözünü qorxutmaqdır bunların məqsədi.

Neçə ” Neçə illərdir ki, torpaqlarımız işğal altındadır. Bugün, sabah deyə-deyə torpaqlarımızın sülh yolu ilə işğaldan azad olmasını gözləyirik. Ancaq bir görün məslənin həllini kimlərə tapşırmışıq. “ illərdir ki, torpaqlarımız işğal altındadır. Bugün, sabah deyə-deyə torpaqlarımızın sülh yolu ilə işğaldan azad olmasını gözləyirik. Ancaq bir görün məslənin həllini kimlərə tapşırmışıq. Tarix boyu müsəlmanların düşməni olan, Minsk qrupu çərçivəsində fəaliyyət göstərən ABŞ, Fransa və Rusiyaya. Bu dövlətlərdən heç öz xalqları xeyir görməyib, biz hardan xeyir görəcəyik.

Bunların məqsədi yalnız bu cür oyunlarla xalqın başını aldadaraq işğal altında olan torpaqları insanlara unutdurmaqdır. Televiziyada, mətbuatda gedən təbliğatlar buna sübutdur.

Bu gün 20% torpaqları işğal altında olan, neçə min qız-gəlinlərimiz, ana-bacılarımız heyvərə, namus-qeyrət qanmayan ermənilərin əlində əsir olan xalqın, dövlətin televiziyada göstərdiyi verilişlərə, proqramlara bir baxın.

Bu gün ən böyük təbliğat vasitəsi olan televiziyada vətənpərvərlik, din, namus-qeyrət mövzusunda olan verlişlər verməkdən, göstərməkdənsə, bir başa deyilənlərin ziddinə olan üzdəniraq, mənasız, insanları, məxsusən də gənc oğlan və qızlarımızı əxlaqsızlığa, qeyrətsizliyə şövq edən bayağı musiqilər, kliplər, şou proqramlar, teleseriallar və nələr, nələr nümayiş etdirirlər.

Bu gün teleseriallarda, kliplərdə göstərilən yarıçılpaq insanlara baxan gənclərdən, məktəblilərdən sabahsı gün namus-qeyrət, vətənə məhəbbət kimi müqəddəs dəyərləri tələb etmək olmaz. Serial qəhrəmanının öz ərinə xəyanət etməsi və bu xəyanətin tam düzgün bir şey olmasını göstərən bu seriallara baxan qızlarımızdan nə tələb etmək olar?

Əxlaqsız işlərlə məşğul olaraq külli miqdarda pullar qazanan müğənnilərin evlərini, maşınlarını ” Bu gün 20% torpaqları işğal altında olan, neçə min qız-gəlinlərimiz, ana-bacılarımız heyvərə, namus-qeyrət qanmayan ermənilərin əlində əsir olan xalqın, dövlətin televiziyada göstərdiyi verilişlərə, proqramlara bir baxın. “ televiziyada reklam edərək sanki gənclərimizə sən də varlı, imkanlı olmaq istəyirsənsə müğənni ol deyə bir mesaj verirlər. Əvvəllər kiçik yaşlı uşaqlardan böyüyəndə kim olmaq istəyirsə deyə sual etdikdə prokuror, kosmonavt və s. kimi cavablar verərdilər. Ancaq indi eyni sual ilə müraciət etdikdə dərhal Röya, Aygün deyərək müğənni olmaq istədiklərini bildirirlər.

 

Bəli, bütün bunlardan görünür ki, artıq televiziyada gedən bu çirkin siyasət öz acı nəticələrini verməkdədir. Gənc qızların biabırçı geyimi, oğlanların qeyrətsiz işlərlə məşğul olmaları və ən dəhşətlisi ölkəmizdə, məxsusəndə şəhərimizdə əxlaqsızların və əxlaqsız yuvalarının artması bütün bunlara sübutdur. Bax budur bizim bədbəxtçiliyimiz. Bu cür insanlardan nə gözləmək olar? Namus-qeyrət, işğal olunmuş torpaqların azad olunmasını?

Xeyr! Heç vaxt! Çünki bir insanda ki, vətən qeyrəti, vətən məhəbbəti olmaya, o şəxsdən heç vaxt torpaqlarını azad edən bir insan çıxmaz. Elə 20% torpaqlarımızı satan xain şəxslər məhz belə insanlardan idi.

Bugün xalqa tariximiz, milli mənəvi dəyərlərimizi unutdumağa çalışırlar. Çünki bilirlər ki, xalqı əsarətdə saxlamaq yalnız bu dəyərləri unutdurmaqla mümkündür. Ancaq bilmirlər ki, nə qədər unutdurmağa çalışsalar da artıq bizim damarlarımızda İmam Huseyn qanı axır.

Bizim xalq “İmam Huseynçi” xalqıdır. Xalqımızın bu böyük sərmayəsindən lazımınca bəhrələnməliyik. Bizim Kərbəla kimi məktəbimiz, İmam Huseyn (ə) kimi müəllimimiz olduğu halda bizlər çarəni, dərmanı nəyə görə başqa yerlərdə axtarmalıyıq. Bilməliyik və beynimizə həkk etməliyik ki, Qarabağın azadlığı məhz KƏRBƏLA məktəbindən keçir.

ISLAMTIMES – ƏLİ SADİQLİ

  • Yazılıb
  • da (də) 2011 Dec 30