İclas çərşənbə günü Təbriz Azad İslam Universitetinin Hüquq və Siyasi Elmlər kollecinin və Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutunun təşəbbüsü ilə keçirilir
well/Aran agentliyi
Arannews"in məlumatına əsasən, Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutunun müdiri jurnalistlərlə müsahibəsində "Xəzər Dənizinin Hüquqi Rejimi və Ona Dair Məsələlər" Elmi İclasın Təbrizdə Xarici İşlər Nazirliyinin və Xəzər Katibliyi tərəfindən qatılan qonaqların iştirakı ilə keçiriləcəyindən xəbər verdi.
Həsən Qulu Xəzər dənizinin Xəzəryanı ölkələr, əsasən də İran İslam Respublikası üçün əhəmiyyəti və İranın son vaxtlara qədər Xəzərin 50 faizinə malik olmasına işarə edərək dedi: "Hazırkı şəraitdə Sovet İttifaqının dağılması və Xəzər dənizi ətrafında yeni ölkələrin meydana gəlməsi ilə İranın bu dənizdəki payı ölkənin xarici siyasətində ən mühüm məsələlərdən birinə çevrilib. Ona görə də ixtisaslı iclas və konfransların keçirilməsi zərurəti yaranıbdır".
Həsən Qulu Xəzər dairəsindən olmayan ölkələrin Xəzərin statusunun müəyyənləşməsində dəxalətinə də işarə etdi və bu dənizin statusunun tez müəyyənləşməsini yadların dəxalətinin qarşısının alınmasına səbəb ola biləcəyini vurğuladı.
Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutunun müdiri Xəzər dənizində yeni qaz yatağının da tapılmasını xatırlayaraq dedi: "Bu qaz yatağının tapılması Xəzərin əhəmiyyətini daha da artırıb və beynəlxalq dairələri İranın bu barədə hərəkətinə yönəldibdir".
Qulu artırdı: "Xəzər dənizi İranın bəzi qonşu ölkələrlə əlaqələrinin nizamlanmasında mühüm rol oynayır və bu əsasla da ona diqqət artırılmalıdır".
Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutunun müdiri müsahibəsinin sonunda "Xəzər Dənizinin Hüquqi Rejimi və Ona Dair Məsələlər" Elmi İclasının Xarici İşlər Nazirliyi və Xəzər Katibliyi, tələbə və müəllimlər, jurnalistlərin iştirakı ilə 4 yanvar çərşənbə günü saat 9:30-dan 12:30-a kimi Təbrizin Mənzəriyyə xiyabanında yerləşən Təbriz Azad İslam Universitetinin Hüquq və Siyasi Elmlər kollecində keçiriləcəyini açıqladı.