Tarix : 2011 Dec 31
Kod 27670

Azərbaycan hansı tarixdən istifadə edib?

İndiki Azərbaycan Respublikasında rüsvayçı Gülüstan və Türkmənçay müqavilələrindən əvvəl bütün İranda rəsmiyyətdə olan hicri tarixi istifadə olunub. Rus işğalına məruz qalıb...
well/Aran agentliyi

 

İndiki Azərbaycan Respublikasında rüsvayçı Gülüstan və Türkmənçay müqavilələrindən əvvəl bütün İranda rəsmiyyətdə olan hicri tarixi istifadə olunub. Rus işğalına məruz qalıb, rüsvayçı Gülüstan və Türkmənçay müqavilələri əsasında İrandan qoparılsa da, bu yerlərdə 1920-ci ildən sonrakı mənbələrdə birdəfəlik olaraq yalnız miladi təqvimdən istifadə edilib.

Bakı Dövlət Universitetinin tarix fakültəsinin müəllimi Vasif Qafarov “Media Forum” saytına bildirib ki, Azərbaycan 1801-ci ildən rus işğalına məruz qalmağa başlayandan sonra bu yerlərdə milad təqvimindən istifadə başlayıb. Miladla bərabər olaraq hicri təqvimi - həm şəmsi, həm də qəməri paralel istifadə olunub. Həmin dövrə aid mənbələrin əksəriyyətində artıq tarix iki cür yazılıb: həm miladi, həm də hicri.

Vasif Qafarov deyib: “Misal üçün, Rusiya ilə İran arasında imzalanan Gülüstan və Türkmənçay müqavilələrində hər iki təqvim göstərilib. İran hicri, Rusiya isə miladi tarixlə sənədə imza atıb. 19-cu əsr boyu tarixi sənədlərin əksəriyyətində belə mənzərənin şahidi ola bilərik. Ruslara aid olanlarda miladdır, digərlərində isə hicri. 1900-1920-ci illəri tədqiq etmişəm. Həmin illərdə də tarixlərin böyük əksəriyyəti iki cür göstərilib”.

Vasif Qafarov deyib : “Bir təqvimdən digərinə keçid bir dəfəyə mümkün olmur. 1920-ci ildən sonra təqvim tədricən miladiyə keçib. Azərbaycan Xalq Cümhuriyyəti illərinə (1918-1920) aid sənədlərin 80-90 faizində iki təqvimdən istifadə edilib, həm miladidən, həm də hicridən: “Cümhuriyyət dövründə ölkədaxili sənədləşdirmə işlərində hicri təqvimdən, xarici yazışmalarda isə miladi təqvimdən istifadə edilib. Lakin 1920-ci ilin aprel ayından sonra Azərbaycan birdəfəlik miladi təqvimə keçib. Yəni 1920-ci ildən sonrakı mənbələrdə birdəfəlik olaraq yalnız miladi təqvimdən istifadə edilib. Yalnız bəzi hallarda mötərizə içərisində hicri təqvim verilib”.

Vasif Qafarov qeyd edir ki, Abbasqulu ağa Bakıxanov daha çox hicri təqvimə üstünlük verib: “Çahangir Zeynaloğlu 1923-cü ildə “Müxtəsər Azərbaycan tarixi” əsərini yazıb. Bu əsərdə müəllif hicri və miladi təqvimləri paralel işlədib. Yusif Vəzir Çəmənzəminli təqvimlərə dair xüsusi cədvəl hazırlayıb”.

Mütəxəssislərin fikrincə, bir milləti öz tarix və mədəniyyəti ilə yad etmək üçün onun tarix və əlifbasını dəyişmək ən təhlükəli siyasətlərdən sayılır.

Ruslar isə Azərbaycan Respublikasında tarix və əlifbanı dəyişməklə bu yerlərdə anti İran fakir formalaşdırmağa çalışıblar. Bu siyasət SSRİ dağılandan sonra latin əlifbasının tətbiqi ilə davam etdirildi.

  • Yazılıb
  • da (də) 2011 Dec 31