Tarix : 2012 Jan 01
Kod 27690

Milli deyək? Yoxsa Əliyevlər Məclisi ?

Azərbaycan prezidenti İlham Əliyevin sədrlik etdiyi [YAP-ın]Yeni Azərbaycan partiyasının üzvü olan 74 nümayəndə Əliyevlərin qohumlarından və yaxınlarından ibarətdir
well/Aran agentliyi

 

Azərbaycan prezidenti İlham Əliyevin sədrlik etdiyi [YAP-ın]Yeni Azərbaycan partiyasının üzvü olan 74 nümayəndə Əliyevlərin qohumlarından və yaxınlarından ibarətdir.

Azərbaycanın Milli Məclisi ''Qondarma Erməni Soyqırımı'' ilə bağlı qərara etiraz olaraq, Fransa senatına müraciət qəbul edərək bildiriblər ki,biz sizi tam aydın olmayan uzaq tarixi hadisələrə ehtiyatla yanaşmağa çağırırıq.

Şübhə yoxdur ki,qəbul ediləcəyi təqdirdə bu qanun demokratik quruluşun təməli olan,insan hüquq və azadlıqları sırasında əsas yer tutan söz və fikir azadlığına ziddir.''Qondarma erməni soyqırımı''ilə müzakirədən artıq 7 gün keçib,ancaq Milli Məclis deyəsən yuxudan indi ayılıb.

Azərbaycanda olmayan insan hüquq və azadlıqlarından danışan Milli Məclisin özündə belə söz və fikir azadlığı məhdudlaşdırılır. Milli Məclisdə sözün düzünü deyən bir-iki millətvəkili tapılsada, bu millətvəkillərinin çıxışları dayandırılır və ya efirə verilmir.

2010-cu il noyabrın 10-da Müsavat ” Ayda 10 gün kürsüdə boş-boş oturmaqdan yorulan Milli Məclis nümayəndələri qış tətilinə yollandı.126 millət vəkilindən biri Heydər Əliyev Fondunun prezidenti,Yeni Azərbaycan Partiyasının nümayəndəsi Mehriban Əliyeva biri isə Heydər Əliyevin qardaşı,7 milyon qarşısında danışdığını bilməyən Cəlal Əliyev,prezidentin qohumu olan Vasif Talıbovdur. “ Məclisinin Sədri Arzu Səmədbəylinin çıxışı Milli Məclis tərəfindən efirə verilmədi ona görə ki, Arzu Səmədbəyli pozulan qanunları qeyd etdi. Arzu Səmədbəyli öz çıxışında Azərbaycanda qanunların insanlara uyğunlaşdırılmasını bildirib. Bu fikir həqiqətəndə belədir.

Ümid Partiyasının sədri İqbal Ağazadə də öz çıxışlarında öz fikrini bildirdiyinə görə təzyiqlərə məruz qalır. İqbal Ağazadə 2002-ci ildə keçirilən Milli Məclisdə hər kəsin 47-ci maddədə olan fikir və söz azadlığının olmasını və Azərbaycanda hər kəsin fikir və əqidəsindən döndərməyə çalışdıqlarını,insanların 58-ci maddədə olan sərbəst toplaşma hüququnu əllərindən aldıqlarını bildirdiyinə görə YAP-çılar,yəni Yeni Azərbaycan Partiyasının nümayəndələri tərəfindən təhqir və təzyiqə məruz qalmışdı.

Onu da qeyd edim ki,Yeni Azərbaycan Partiyasının sədri Azərbaycanın prezidenti cənab İlham Əliyevdir.

2008-ci ildə keçirilən Milli Məclisdə İqbal Ağazadə öz çıxışında hökumətin əmək haqlarının artırılmasını Prezident öz uğuru kimi bildirməsini,qiymətlərin bahalaşmasından heç danışmadığını,Qarabağ probleminin Milli Məclisdə müzakirə belə olunmadığını qeyd edib. Hətta İqbal Ağazadə qaçqınlara ayrılan vəsaitin ''Qaçqınkom'' tərəfindən mənimsənilməsini dəlillərlə qeyd etsədə,bu barədə heç bir tədbir görülmədi.

Ümid Partiyasının sədri İqbal Ağazadə Allahın verdiyi nefti hakimiyyətin uğuru olmadığını,erməni ” Azərbaycan prezidenti İlham Əliyevin sədrlik etdiyi [YAP-ın]Yeni Azərbaycan partiyasının üzvü olan 74 nümayəndə Əliyevlərin qohumlarından və yaxınlarından ibarətdir.Belə olduğu halda Milli Məclis adlandırdıqları Əliyevlər Məclisində xalqın problemləri müzakirə olunmayacaq və həll olunmamış qalacaq. “ əsilli məmurların vəzifələrindən azad olunmalarını,iqtidarın istefa etməsini bildirib.

Milli Məclisdə bəzi millətvəkillərinin heç səsinin çıxmaması onu göstərirki, bu millətvəkillərinin ya danışmaq qabiliyyəti yoxdur ya da öz başlarını xalqın problemlərinə görə ağrıtmaq istəmir.

Ayda 10 gün kürsüdə boş-boş oturmaqdan yorulan Milli Məclis nümayəndələri qış tətilinə yollandı.126 millət vəkilindən biri Heydər Əliyev Fondunun prezidenti,Yeni Azərbaycan Partiyasının nümayəndəsi Mehriban Əliyeva biri isə Heydər Əliyevin qardaşı,7 milyon qarşısında danışdığını bilməyən Cəlal Əliyev,prezidentin qohumu olan Vasif Talıbovdur.

Azərbaycan prezidenti İlham Əliyevin sədrlik etdiyi [YAP-ın]Yeni Azərbaycan partiyasının üzvü olan 74 nümayəndə Əliyevlərin qohumlarından və yaxınlarından ibarətdir.Belə olduğu halda Milli Məclis adlandırdıqları Əliyevlər Məclisində xalqın problemləri müzakirə olunmayacaq və həll olunmamış qalacaq.

Bunun üçündə xalqın problemini önə gətirən olduqda, onu bir mənalı qarşılayırlar. Şükür yaxşı ki xalqın qayğısını çəkən müxalif partiyadan seçilən millət vəkilləri vardır. Onlar azda olsa azğınlığın qarşısını almaq imkanı daşıyırlar. Yaxşı olardı ki, bu Milli Məclisin binası yenilənmək əvəzinə,saxta Yap-çı millət vəkillərinin yerinə, həqiqi xalqın dərdini dilə gətirən yeni millət vəkilləri ilə əvəz olunması daha doğru olardı.

ISLAMTIMES - ELVIN CAVADOV

  • Yazılıb
  • da (də) 2012 Jan 01