“Bu gün iki Azərbaycan mövcuddur: Biri real olan, digəri isə kabinet, padşah saraylarından görülən Azərbaycandır''
well/Aran agentliyi
- Ziyalılar Forumunun növbəti toplantısında Akademik Rafiq Əliyev deyib: “Bu gün iki Azərbaycan mövcuddur: Biri real olan, digəri isə kabinet, padşah saraylarından görülən Azərbaycandır. O zaman güclü olardıq ki, iki Azərbaycan bir olsaydı. Biz cəmiyyətə saf niyyətimizi çatdıracağıq. Kim bizə qara yaxırsa o qara onun özünə yapışacaq. Ziyalılar forumu “Roma Klubu” kimi bir şeydir. Bir-birinə az qala düşmən olan müxalifətlə iqtidar arasında yerləşirik. Təəssüf ki, bizi sağ tərəfə çəkməyə çalışırlar. Bugünkü Azərbaycan bir il bundan əvvəlki Azərbaycan deyil. İnternetdə böyüyən, sosial şəbəkələrdə formalaşan yeni nəsil gəlir. Onlar fərqli yaşamaq istəyirlər. Bizim bu gün ən güclü təsir mexanizmimiz yazılarımızda sözlərimizdədir. O artıq insanların eşitməyinə bağlıdır. Mən Amerikadakı mühazirələrimdə də demişəm ki, bir qütblü sistem dayanıqlı ola bilməz, gec-tez dağılacaqdır. Dünən baş verənlərlə bağlı iki fikrim var. Ya onlar hər şeyi qaranlıqda görmək istəyirlər, ya da ümumiyyətlə görmək istəmirlər. Ramiz Rövşənin bir şeiri var: Dünya qəfil işıqlansa, görərik kimlərin əli
kimlərin cibindən çıxır...”