Bu ili də belə yola verdik. Hələ il başlayanda 2011-ci ilin Qarabağın azad olunacağı il adlandırırdılar. Amma deyəsən alınmadı
well/Aran agentliyi
Eybi yox yəqin “zalım oğlu LAZIM” hələ gəlib çıxmayıb. Hər il başlayanda böyükdən tutmuş, kiçiyə qədər “LAZIM”ı çağırırıq. Amma deyəsən bu ancaq dildədir. Bizim Qarabağı geri qaytarmaq fikrimiz yoxdur. İndi bu cümləni oxuyan hər kəs deyəcək ki, “yox sən danışırsan, lazım gəlsə Vətən uğrunda canımızı da verərik.” Bax yenə də “LAZIM” gəlsə. Deməli bizim bütün problemlərimizin həlli “LAZIM”ın gəlməyinə bağlıdır. O da ki...
İndi də gəlin bir az da “LAZIM”ı gözləməyənlərdən danışaq. Bəli, təəccüblənməyin bizdə belə insanlar da var. Başlayaq lap əvvəldən.
Ramil Səfərov - “LAZIM”ı gözləmədən Azərbaycanın qeyrət simvolu olan bayraqla ayağını silən Qurqeni o dünyalıq elədi.
Mübariz İbrahimov – da “LAZIM”ı gözləmədi. Ermənilərin üzərinə gedərək, onlara əməlli-başlı bir dərs verdi. Şəhid oldu.
Fərid Əhmədov, Əhməd Abdullayev də onun kimi.
Bu belə...
İndi də keçək digər məsələyə. 2011-ci il başlayan kimi hələ əsası 2010-cu ildə qoyulan “hicab siyasəti” davam etdirildi və buna “LAZIM”ı gözləmədən hacı Mövsümlər, Hacı Vaqiflər, Seyyid Fəramizlər, Hacı Abgüllər, Hacı Talelər, Rufulla Axundzadələr qalxdı.
“LAZIM”ı gözləməyənlərin axırı isə zindan oldu. Ramin Səfərovdan başlayaraq. Seyyid Mübariz, şəhid Fərid və Əhməd isə bu fani dünya ilə vidalaşdıqlarına görə isə onlara “LAZIM”ı gözləmədiklərinə görə həbs qismət olmadı...
P.S. Amma biz hələ də “LAZIM”ı gözləyirik. Deməli “LAZIM” bizə bu qədər lazımdır.
Əli Cəfəri