Tarix : 2012 Jan 01
Kod 27694

Fransanın Sankt-Peterburqdakı Baş konsulluğu qarşısında etiraz aksiyası keçirib

Dekabrın 31-də Sankt-Peterburq Azərbaycan icması ilə birlikdə Beynəlxalq diaspor mərkəzinin Sankt-Peterburq regional nümayəndəliyinin təşkilatçılığı ...
well/Aran agentliyi

 

Dekabrın 31-də Sankt-Peterburq Azərbaycan icması ilə birlikdə Beynəlxalq diaspor mərkəzinin Sankt-Peterburq regional nümayəndəliyinin təşkilatçılığı ilə və şəhərdəki 100-ə yaxın türkdilli xalqların nümayəndələri türklər, özbəklər, qazaxlar, türkmənlər Sankt-Peterburqdakı Fransa Baş konsulluğu qarşısında icazəli piket keçirib.

Bu barədə SalamNews-un Moskva müxbirinə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, piket iştirakçıları Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul etməsini pisləyib. Tədbiri açan Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev bu toplantının əsas məqsədini və mahiyyətini elan etdikdən sonra iştirakçılar tərəfindən “Fransa parlamenti stop!”, “Sarkozi dayan!”, “Azərbaycan Türkiyə qardaşdır!”, “Sarqsyan Xocalıya görə cavab verəcəksən!”, “Qarabağ Azərbaycanındır!”, “Azərbaycan Rusiya dostdur!” şüarları səslənib.

Tədbirdə çıxış edənlər - Sankt-Peterburq azərbaycanlıları icmasının sədri, Smolnıy İnstitutunun rektoru, akademik Heydər İmanov, Beynəlxalq Diaspor Mərkəzinin Sankt-Peterburq regional nümayəndəliyinin rəhbəri İdris Qəhrəmanov, Vətən cəmiyyətinin sədri Məzahir Həsənov çıxış edərək Fransa parlamentinin sözdə qondarma erməni soyqırımın etirazlarını bildirib.

Piket iştirakçıları Fransanın ATƏT-in Minsk qrupundakı həmsədrliyindən geri çağırılmasını tələb edib. Fransa parlamentinə qondarma “erməni soyqırımı” əvəzinə 1992-ci ildəermənilərin törətdikləri Xocalı soyqırımını müzakirə etmək şüarları səslənib.

Sonra Azərbaycan və Türkiyə icması nümayəndələri parlamentin bu qərarına etiraz əlaməti olaraq Fransa xalqına, Fransa parlamentinə Fransa Prezidentinə müraciətnamə ünvanlayaraq Fransanın Baş konsulluğuna təqdim etdilər.

salamnews

  • Yazılıb
  • da (də) 2012 Jan 01