Fəzilət Partiyasının sədri Hacı Gündüz Hacıyev Xırdalan qəbirsandlığında dəfn olunacaq
well/Aran agentliyi
Fəzilət Partiyasının sədri Hacı Gündüz Hacıyev Xırdalan qəbirsandlığında dəfn olunacaq.
Bu barədə SalamNews-a Azərbaycan İslam Partiyasının (AİP) mətbuat xidmətinin rəhəbəri Hacı Akif Heydərli bildirib.
AİP adında mərhumun ailəsinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verən A.Heydərli deyib ki, mərhumun yas mərasimi yaşadığı Nizami rayonunda Əhmədli metrosunun çıxışında keçiriləcək.
Xatırladaq ki, Gündüz Hacıyev 1958-ci ildə İmişlidə doğulub.Bakı Biznes Universitetini bitirib. Azərbaycan xalq hərəkatının fəallarından olub. Azərbaycan Milli İstiqlal və Azərbaycan İslam partiyalarında təmsil olunub. 2004-cü ildə Fəzilət Partiyasını yaradıb. O,uzun müddət sürən xəstəlikdən sonra ötən gün axşam dünyasını dəyişib.