Görəsən heç məhbus qardaşlarımızın ailələri ilə maraqlananlar varmı, onlara maddi, mənəvi kömək edənlər varmı?
well/Aran agentliyi
Ancaq Allah təala öz dinin hər zaman qoruyub və qoruyacaq da. Çünki Allahu təala buna vəd verib. Zalımlar, İslam düşmənləri istəməsə də Allah öz dinini hifz edəcək. Qoy zalımlar istədikləri qədər çalışsınlar, əllərindən gələni etsinlər, hər gün İslam əleyhinə milyonlarla pul xərcləsinlər, ancaq bilsinlər ki, etdikləri bütün əməllər puça çıxacaq və sonda alçaldıcı əzaba düçar olacaqlar.
Xoş olsun o kəslərin halına ki, Allah öz dinin onların əlləri ilə yaşadacaq. Xoş olsun o qeyrətli müsəlmanlara ki, Allah dini təhlükədə olanda öz can və malını qurban verərək İslamın yaşamasını üstün tuturlar.
Bəli, bugün Azərbaycanda ” Xoş olsun o qeyrətli müsəlmanlara ki, Allah dini təhlükədə olanda öz can və malını qurban verərək İslamın yaşamasını üstün tuturlar. Bəli, bugün Azərbaycanda da din təhlükədədir. Məscidlər sökülür, azana qadağa qoyulur, dini mərasimlərin qeyd olunmasının qarşısı alınır və ana-bacılarımızın hicab taxmasına qarşı gəlirlər. Təbii ki, Azərbaycanın qeyrətli müsəlmanları bu cür hadisələr qarşısında səssiz dura bilməzdilər. “ da din təhlükədədir. Məscidlər sökülür, azana qadağa qoyulur, dini mərasimlərin qeyd olunmasının qarşısı alınır və ana-bacılarımızın hicab taxmasına qarşı gəlirlər. Təbii ki, Azərbaycanın qeyrətli müsəlmanları bu cür hadisələr qarşısında səssiz dura bilməzdilər.
İslamın təhlükədə olduğunu görüb öz haqq səslərini çıxardaraq İslamın müdafiəsinə qalxdılar. Ancaq çox təəssüflər olsun ki, bəzi müsəlmanların müəyyən səbəblərə görə bu məsələlərdə sakit durması qeyrətli qardaşlarımızın zalımlar tərəfindən həbs olunmasına gətirib çıxartdı. Ancaq biləyin ki, həbs etməknən heç vaxt müsəlmanın qeyrətini sındıra bilməzlər. Çünki müsəlmanın damarlarında Kərbəla qanı axır. Tarixən bu cür hadisələr baş verib. Həmişə İslamı müdafiə edənləri incidiblər, həbs ediblər. Ancaq bütün bunlar bir başlanğıcdır. Haqqın qələbəsi həmişə bu cür hadisələrlə başlayır.
Bugün Azərbaycanda din uğrunda, haqq uğrunda həbsxanalarda dustaq olan qardaşlarımız var. Çox təəssüfləndirici haldır ki, bugün əksər müsəlmanlar həbs olunan qardaşlarımıza biganə yanaşırlar. Mətbuatda, internet səhifələrində, fərdi və ictmai söhbətlərdə bu mözuya çox az yer verilir və ya heç verilmir.
Bugün hər birimizin vəzifəsidir ki, bu haqq mübarizlərini hər kəsə tanıdaq. Onlar öz şəxsi istəkləri üçün ayağa qalxmadılar, onlar mənim də, sənin də etməli olduğunu etdilər – haqqı müdafiəyə qalxdılar. Gərək bizlər də bugün onların yarımçıq qalmış işlərini davam etdirək və qardaşlarımızın haqq mübarizəsini hamıya çatdıraq.
Məsələnin nə qədər mühüm olduğunu bir məsələ ilə izah edək. Bildiyimiz kimi Aşuranın bizim dövrümüzə kimi gəlib çıxmasında Xanım Zeynəbin çox mühüm rolu var. Xanım Zeynəb oldu ki, İmam Huseyn şəhid olduqdan sonra haqq səsini ” Bugün hər birimizin vəzifəsidir ki, bu haqq mübarizlərini hər kəsə tanıdaq. Onlar öz şəxsi istəkləri üçün ayağa qalxmadılar, onlar mənim də, sənin də etməli olduğunu etdilər – haqqı müdafiəyə qalxdılar. Gərək bizlər də bugün onların yarımçıq qalmış işlərini davam etdirək və qardaşlarımızın haqq mübarizəsini hamıya çatdıraq. “ ucaldaraq, hər yerdə İmam Huseynin mübarizəsindən danışaraq əsl həqiqətləri insanlara çatdırdı.
Bəli, bugün hər kim nəyi bacarırsa gərək onu da edə. Məqalə yazmağı bacaran məqalə yazsın, video çarx düzəldə bilən onlar haqda videolar hazırlasın. Qardaşlarımızın ailələri var, övladları var. Görəsən heç qardaşlarımızın ailələri ilə maraqlananlar varmı, onlara maddi, mənəvi kömək edənlər varmı?
And olsun ki, hər birimiz bu məsələdə məsuliyyət daşıyırıq. Hamımız o qardaşların həbsdə olduğu hər bir gün üçün cavab verəcəyik. Bu qardaşlara maddi və mənəvi kömək etmək hər birimizin vəzifəsidir. Gərək hər birimiz özümüzü bu qardaşların yerinə qoyaq. Əgər hər birimizin doğma qardaşı həbsdə olsa nə edərdik?
Əlbəttə ki, ən azından ayda bir dəfə ziyarətinə gedərdik, ailəsi ilə maraqlanardıq, çünki o bizim qardaşımız və qardaşımızın ailəsidir. Bugün həbsdə olanlarda bizim qardaşlarımızdır. Allah təala Quranda müsəlmanların bir-birilərinə qardaş olduğunu bildirir. Allah bizi bir-birimizə qardaş edib, başqa heç kəs. Qardaş olaraq hər birimizin üzərimizdə qardaşlıq haqları var. Budurmu bizim qardaşlarımıza olan münasibət.
Gəlin özümüzə sual verəyin ki, indiyə qədər kiminlə maraqlanmışıq, kimin ailəsini ziyarət etmişik? Nə gözəl olardı ki, hər bölgədə qardaşlarımızı tanıyanlar yığılaraq ailələrini ziyarətə gedərdilər. Qoy ailələri də görsünlər ki, onlar tək deyillər. Onların arxasında hər zaman onlara dəstək olan insanlar var. Həqiqətən biz çox biganə insanlarıq. Görəsən nə vaxta kimi ətrafımızda baş verən hadisələrə qarşı bu qədər biganə olacayıq. Həmişə bu biganəlik müsəlmanların evini yıxıb. Allah axırımızı xeyirli qərar versin. Amin.
ISLAMTIMES – ƏLİ SADİQLİ