Tarix : 2012 Jan 02
Kod 27714

Cənab məmur, biz nə istəyirik ki?

Biz inandığımız kimi yaşamaq istəyirik. Biz Allah qanunlarını öz həyatımızda tətbiq edərək yaşamaq istəyirik
well/Aran agentliyi

 

 

Biz inandığımız kimi yaşamaq istəyirik. Biz Allah qanunlarını öz həyatımızda tətbiq edərək yaşamaq istəyirik.

2011 –ci il dünya tarixində inqilablar ili kimi qalacaq. Məzlum xalqların oyanış ili, diktatorların devrildiyi il, zalımların qorxuya düşdüyü il, məzlumların üzünün güldüyü il.

Bu hadisələr bir daha sübut edir ki, vaxtı çatanda heç bir zalımın məzlumun qarşında durmağa gücü çatmır. Gec ya tez bu aqibət bütün zalımlara, məzlum xalqın haqqını əlindən alanlara gəlib çatacaq. Çünki tarix bunun şahididir.

Tarixdə nə qədər zalımlar, diktatorlar olub. Fironlar, nəmrudlar, yezidlər, hitlerlər, stalinlər, mübarəklər, qəddafilər və s.-lər gəlib – gedib, hər birinin də aqibəti məlum. Ta qiyamətə kimi lənətlənəcəklər, söyüləcəklər. Halbuki, bunlar yaxşı da ola bilərdilər.

Tarixdə ad-san qoyub gedə bilərdilər. Ancaq bir tikə daha çox yeməkdən ötrü, bir az daha çox şahlıq etməkdən ötrü insanları əzdilər, haqlarını əllərindən aldılar, bir tikə çörəyə möhtac qoydular və yurd-yuvalarından didərgin saldılar. Ancaq axırları nə oldu? İki metrəlik qəbir. Nə apara bildilər? Heç nə. Bax bu cür oldu və olacaq bütün zalımların aqibəti.

Dünyada baş verən bu inqlablar Azərbaycana da təsirsiz ötüşmədi. Ölkəmizdə baş verən mitinq və aksiyalar, hökumətin tez anti korrupsiya ” Dünyada baş verən bu inqlablar Azərbaycana da təsirsiz ötüşmədi. Ölkəmizdə baş verən mitinq və aksiyalar, hökumətin tez anti korrupsiya kompaniyasını başlatması buna sübutdur. “ kompaniyasını başlatması buna sübutdur.

 

Axı niyə bu cür inqilabalar olmalıdır?

Niyə xalq ayağa qalxıb kimlərisə hakimiyyətdən devirməlidir?

Olmazmı ki, elə hakimiyyətdə olanlar bəri başdan elə edələr ki, həm özləri yesin, həm də xalqı yedirtsinlər. Bizim üçün nə fərqi var ki, hakimiyyətdə ya əli oldu, ya vəli. Bizim üçün əsas xalqın qeydinə qalmaqdır.

 

Cənab məmurlarımız, biz nə istəyirik ki?

Biz sadəcə insan kimi yaşamaq istəyirik. Nə vaxta kimi hər səhər yuxudan duranda fikirləşməliyik ki, görəsən bugün nə edim, nə işlə məşqul olum ki, ailəmin, özümün ac qarnını doyurum. Nə vaxta kimi hər səhər tezdən evdən çıxım, birdə gecə yarısı qaydım. Axı niyə biz heyvan kimi yaşamalıyıq?

 

Biz də ailəmizlə, sevdiklərimizlə vaxt keçirtmək istəyirik. Biz də dincəlmək, istirahət etmək istəyirik . Ölkəmizdə minimum əmək haqqı 93.5 AZN-dir. Axı bu pul ilə kim dolana bilər? Kim bir ay bu pulla keçinə bilər? Bu pul heç sizlərin bir saatlıq xərcliyi də deyil. Bəs bu qara cammat nə etsin. İş tapmaq bir tərəfdən, tapanda da maaşın az olması problemi digər tərəfdən insanlara çətinlik yaradır. İş verənlərdə işsizlik problemindən istifadə edərək işçiləri az əmək haqqı müqabilində istismar edirlər. Heç yazığınız gəlmir bu millətə?

 

Cənab məmurlarımız, biz nə istəyirik ki?

Biz rüşvətsiz, yalansız, hiyləsiz həyat istəyirik. Biz həyatı iflic edən rüşvətə yox deyirik. Hara gedirsən get fərqi yoxdur, rüşvətsiz iş alınmır. Artıq az qalıb ki, salam almağa belə rüşvət alsınlar. Rəhmətlik Füzuli demişkən: “Salam verdim, rüşvət ” Axı nəyə lazım tarixən nənələrimizin, analarımızın, bacılarımızın baş yaylığı olan hicaba qadağa qoymaq? Niyə dar şalvar, qısa yubka geyinərək məktəbə gedən, küçə - bazarda gəzənlərə heç bir şey demirsiz, ancaq həyalı – abırlı, Allah qanunlarına riayət edərək öz müsəlmanlıq borcunu yerinə yetirərək hicab geyinən xanımlara qadağalar tətbiq edirsiz? “ deyil deyə almadılar.” Artıq Azərbaycanda mədəni dilənçilər ordusu yaranıb. Mən küçədə dilənən dilənçi ilə rüşvət alaraq dilənən dilənçi arasında heç bir fərq görmürəm. Artıq rüşvət xalqımızın qanına hopub. Hətta hər hansı bir idarədə rüşvət görməyən şəxs cin görmüş kimi huyuxur. Ancaq bir tərəfdən baxanda rüşvət alanları da qınamaq olmur. Yazıqlar neyləsinki dolana bilmirlər. 150 manat əmək haqqı alan müəllim, həkim necə rüşvət almasın. Atalarımızın yaxşı bir misalı var: “Balıq başdan iylənər.” Gərək baş düzələki, bu problemlərdə öz həllini tapa.

 

Cənab məmurlarımız, biz nə istəyirik ki?

Biz inandığımız kimi yaşamaq istəyirik. Biz Allah qanunlarını öz həyatımızda tətbiq edərək yaşamaq istəyirik. Axı nəyə lazım insanların inamınnan oynamaq? Axı nəyə lazım tarixən nənələrimizin, analarımızın, bacılarımızın baş yaylığı olan hicaba qadağa qoymaq? Niyə dar şalvar, qısa yubka geyinərək məktəbə gedən, küçə - bazarda gəzənlərə heç bir şey demirsiz, ancaq həyalı – abırlı, Allah qanunlarına riayət edərək öz müsəlmanlıq borcunu yerinə yetirərək hicab geyinən xanımlara qadağalar tətbiq edirsiz?

 

Niyə öz dinin yaşayan, Quranın əmirlərinə tabe olaraq haqq söz deyən insanları min bir bəhanə ilə tutaraq həbs edirsiz? Niyə qəhrəmanlıq, igidlik, mərdlik və şücaət məktəbi olan Kərbəlanın, Aşuranın geniş xalq tərəfindən yad edilməsinə qadağalar qoyursuz?

 

Məgər siz tarixdə baş verən hadisələrədən nəticə çıxara bilmirsiniz. Bilmirsiniz ki, sovet kimi böyük bir imperiya belə Aşuranı bu xalqa unutdura bilmədi və yerlə yeksan oldu. Bəs siz necə unutduracaqsız. Heç dərk edrisiniz ki, sizlər bu əməllərinizlə Allahla mübarizə aparmış olursunuz. Heç Allahla allahlıq eləmək olar. İmam Sadiq (ə) gözəl bir söz buyurub: “Həmd olsun Allaha ki, düşmənlərimizi axmaqlardan qərar verib.” Həqiqətən də yalnız axmaq insan Allahın dini ilə, qanunları ilə mübarizə aparar.

ISLAMTIMES – ƏLİ SADİQLİ

  • Yazılıb
  • da (də) 2012 Jan 02