Tarix : 2012 Jan 02
Kod 27722

Türkiyədə 35 kəndlinin ölümünə görə etiraz aksiyası keçirilib

Türkiyəli fəallar bu ölkə ordusunun hava hücumunda 35 kürd kəndlinin həlak olmasına etiraz olaraq aksiya keçiriblər
well/Aran agentliyi

 

 

Türkiyəli fəallar bu ölkə ordusunun hava hücumunda 35 kürd kəndlinin həlak olmasına etiraz olaraq aksiya keçiriblər.

Press TV-nin məlumatına görə, bu etiraz aksiyasında iştirak edənlər hökumətin terrorizmlə mübarizədəki siyasətini pisləyiblər.

Ankarada keçirilən bu etiraz aksiyasının iştirakçıları həmçinin Şırnak vilayətində son hərbi əməliyyat zamanı 35 nəfərin ölümündə məsuliyyət daşıyan tərəflərin mühakimə edilərək cəzalandırılmalarını tələb ediblər.

İnsan Haqları və Sitəm Altında olan İnsanlarla Həmrəylik Cəmiyyətinin Ankara bürosunun sədri Şərif Gül Əriman deyib: Ankaranın terrorizmlə mübarizə üzrə siyasəti ABŞ ilə informasiya mübadiləsindən, habelə xüsusi təyinatlı qüvvələrdən, pilotsuz təyyarələr və F-16 qırıcılarından istifadənin edilməsindən ibarətdir ki, bu da sivil insanlar arasında tələfatın artmasına səbəb olub.

Türkiyə ordusunun qırıcı təyyarələri ötən çərşənbə günü Şırnak vilayətində İraq ilə sərhəd məntəqədə PKK terrorçularına qarşı hərbi əməliyyatlar zamanı səhv olaraq sivil insanları hədəfə alıblar.

Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan bu məsələdən təəssüfləndiklərini bildiriblər.

  • Yazılıb
  • da (də) 2012 Jan 02