Sabah Zəngine bu əqidədədir ki, Azərbaycan Respublikası dövləti islamçıların Bakıda hakimiyyətə gəlməsindən qorxur və anti-İslam addımları ilə bu ölkədə islamçıları zəiflətməyə çalışır
well/Aran agentliyi
Son aylarda Azərbaycan Respublikası dövlətinin islamofobiya və anti-İran addımların şahidi olduq. Şiələrə qarşı təzyiqlər, o cümlədən imam Hüseynə (ə) əzadarlıq günlərində ölkənin hər yerində, əsasən də Gəncə və Naxçıvanda məhdudiyyətlər, 30-dan yuxarı hicab müdafiəçisi olan islamçı fəalların narkotik maddələr, silah saxlamaq kimi şərlərlə həbs edilməsi, 28 səfərdə Rəsuli-Əkrəmə (s) əzadarlıq edənlərin həbsi və onlara uzun müddətli həbs cəzası verilməsi, hər cür dini təbliğin qadağası, hətta telefonda islami bir musiqi həddində olsa belə və onlara qarşı cəza tətbiq edilməsi, orta məktəblərdə vahid məktəbli geyimi bəhanəsi ilə hicabın yasaqlanması, mətbuatda Rəsuli-Əkrəmə (s) və dinin müqəddəslərinə qarşı təhqiredici məqalələrin dərci, televiziya kanallarında anti-İslam filmlərin yayımlanması, bəzi rayonlarda azan səsləndirilməsinin qarşısının alınması, dini mədrəsələrin bağlanması, şiələri zəiflətmək üçün vəhabilərə şərait yaradılması, "Həzrət Məhəmməd (s)" və "Neft daşları" kimi məscidlərin dağıdılması və minlərlə məscid inşa edilməsi kimi gülünc iddialar, məscid tikintisinin qarşısını almaq üçün ağır qanunların qəbulu, dini asanlıq yaratmaq bəhanəsi ilə bəhailərin, şeytanpərəstlərin, krişnaçıların, "yahova şahidləri"nin fəaliyyətinə şərait yaradılması, televiziya kanallarından pozğun və qeyri-əxlaqi filmlərin yayımlanması, xüsusilə də Ramazan və Məhərrəm aylarında, dini təşkilatlarda fəaliyyət göstərənlərin təqib və əziyyət edilməsi, hərbi hissələrdə və həbsxanalarda namaz yasağı, hər bir dini və məzhəbi fəaliyyətin qadağan olunması Azərbaycan Respublikasının anti-İslam addımlarının yalnız bir hissəsidir.
Sabah Zəngine TNA informasiya agentliyinə verdiyi müsahibəsində Azərbaycan Respublikası dövlətinin islamofobiya və anti-İran addımları barədə dedi: "Azərbaycan Respublikası qədim keçmişə, zəngin mədəniyyətə malik bir İslam ölkəsidir. Bu ölkədəki son hadisələr dövlətin islamçıların hakimiyyətə gəlməsindən qorduğu üçündür".
O, artırdı: AR dövləti bu ölkə islamçılarının Türkiyədə olduğu kimi hakimiyyəti ələ keçirmələrindən qorxur. Ona görə də bu rəftarı ilə islamçıları zəiflətməyə çalışır. Halbuki, bu rəftar islamçılar üçün daha artıq əməl sfermsı yaradır.
İslam dünyası məsələləri üzrə ekspert AR-da ölkə əhalisinin əksəriyyətinin şiə olmasına işarə edərək dedi: "Bu ölkə xalqı məzhəbi mərasimlərin, əsasən də Tasua və Aşura mərasimlərini keçirməyə çox etiqadlıdırlar. Bunun müqabilində AR dövləti islami oyanışa diqqət etməklə belə mərasimlərin fikri oyanışa səbəb olacağından qorxur".
Ekspert, "İran İslam Respublikasının, AR-nın islamofobiya və anti-İran addımları qarşısında reaksiyası nə olmalıdır" sualının cavabında dedi: "İran XİN təcili olaraq bu ölkə rəsmiləri ilə müzakirələr aparmalı və anti-İslam addımlarının aqibətini onlara xatırlamalıdır".
İslam eksperti, bunun müqabilində AR dövlət rəsmiləri stabilliyin bu ölkəyə qayıtması üçün ağıllı, tədbirli və məntiqi addımlar atmalarının lazım olduğunu vurğuladı.
Sabah Zəngine həmçinin, sionist rejiminin AR-nı anti-İran və anti-İslam addımlar atmasına qıcıqlandırmasına da işarə edərək dedi: "Sözsüz ki, İsrail də bu məsələlrdə mühüm rol oynayır. Amma Azərbaycan Respublikası ölkədə hər cür konspirasiyanın büruz etməsinin qarşısını tədbirlə almalıdır".