Tarix : 2012 Jan 03
Kod 27734

Vilayət 90 manevrində uğurlu sınaqları

İran İslam Respublikası Ordusunun Dəniz Qüvvələrinin əzəmətli Vilayət 90 manevrinin son mərhələsində son dərəcə modern olan ''Nur'' tipli suüstü-suüstü raketi tam uğurla sınaqdan keçirilib
well/Aran agentliyi

 

İran İslam Respublikası Ordusunun Dəniz Qüvvələrinin əzəmətli Vilayət 90 manevrinin son mərhələsində son dərəcə modern olan "Nur" tipli suüstü-suüstü raketi tam uğurla sınaqdan keçirilib. Həmçinin bu gün səhər ilk dəfə olaraq uzaq mənzilli "Qadir" raketi də tam uğurla sınaqdan keçirilib.

İRNA Xəbər Agentliyinin əzəmətli Vilayət 90 manevrinin əməliyyat məntəqəsinə göndərdiyi müxbirinin verdiyi məlumata görə son dərəcə modern olan "Nur" tipli raket bu gün bazar ertəsi günü manevrin əməliyyat məntəqəsindəki İran İslam Respublikası Ordusunun Dəniz Qüvvələrinin hərbi gəmilərindən atəş edilərək, öncədən müəyyən edilmiş hədəfi uğurla izləyərək, məhv edib.

Nur tipli raket özünün keçmiş nəsli ilə müqayisədə anti-lokator , hədəfin təqib edilməsi və anti-elektronika sahələrində olduqca modernləşdirilibdir.

Nur raketi tam rahatlıqla nəzərdə tutulan hədəfi tapdıqdan sonra izləyib, yüksək diqqətlə məhv etmə qabiliyyətinə malikdir.

Bu gün səhər həmçinin ilk dəfə olaraq, sahil-dəniz qabiliyyətli uzaq mənzilli "Qadir", habelə qısa mənzilli " Nəsr" Raketlərinin sınaqdan keçirilmələri əməliyyatı icra edilib və bu raketlər də öncədən müəyyən edilmiş hədəfləri tam uğurla vuraraq, məhv ediblər.

Bu raketlər tam şəkildə yerli texnologiyaya malikdirlər və İran İslam Respublikasının Dəniz Qüvvələrinin habelə İranın elmi və tədqiqat mərkəzləri həmçinin ölkənin müdafiə sənayesi bölmələrindəki mömin və gənc mütəxəssislər tərəfindən dizayn və konstruksiya edilərək, düzəldilibdir.

Əzəmətli "Vilayət 90" manevri İran İslam Respublikasının Silahlı Qüvvələrinin mühüm manevrlərindəndir ki, keçirilməsi müddətində bu manevr haqdakı xəbərlər Qərb və məntəqədən kənar qüvvələr tərəfindən diqqət mərkəzində olub.

Əzəmətli "Vilayət 90" manevri sabah bu manevrdə iştirak edən hərbi bölmələr, o cümlədən suüstü, sualtı və uçuş bölmələrinin parad nümayişi habelə İran İslam Respublikasının yüksək səviyyəli şəxsiyyətləri və hərbi məsul şəxslərinin iştirakı ilə manevrin əməliyyat məntəqəsində öz işinə yekun vuracaq.

İran İslam Respublikası Ordusunun Dəniz Qüvvələrinin əzəmətli "Vilayət 90" manevri şənbə günü dey ayının üçü dekabrın 24-də Fars-Körfəzi və Oman Dənizi sularında işə başladı və 4 mərhələdə davam etdi.

İran İslam Respublikası Ordusunun Dəniz Qüvvələrinin 3-cü məntəqəsi qüvvələrinin komandanı deyib:" İran Ordusunun Dəniz Qüvvələri müxtəlif sahələrdəki özlərinin geniş qabiliyyətlərinə görə azad və beynəlxalq sularda İranlı və xarici gəmilərə yardım etməyə hazırdır".

İRNA Xəbər Agentliyini müsahibə verən İran İslam Respublikası Ordusunun Dəniz Qüvvələrinin 3-cü məntəqəsi qüvvələrinin komandanı Kontr-Admiral Siyavuş Corre sonra deyib:" İranın Dəniz Qüvvələrinin məntəqəyə göndərilmiş gəmilər qrupu Ədən Körfəzi və Qırmızı Dənizdə daxil olan gəmilərə yardım etmək üzrə hazırlıqlarını müxtəlif dillərdə, o cümlədən ingilis, ərəb və fransız dillərində elan edib, elə indi də elan etməkdədirlər.

İran İslam Respublikası Ordusunun Dəniz Qüvvələrini strateji qüvvələr adlandıran Kontr-Admiral Correh sonra deyib:" Hazırda hər bir ölkənin dəniz qüvvələrinin azad və beynəlxalq sulardakı iştirakı, qeyd edilən ölkənin qüdrətinin nişanəsidir və İran İslam Respublikası da son illərdə bu sahədə fəal və təsiredici iştiraka malik ola bilibdir".

 

 

  • Yazılıb
  • da (də) 2012 Jan 03