Tarix : 2012 Jan 03
Kod 27747

İran Aranının Azərbaycan Respublikasına çevrilməsi: 1 yanvar Rusiyanın İranı öz xudxahlığına çəkməsi

Rusiyanın İranın şimal ərazilərini işğal etməklə İrandan ayırması bir günlər Avropanın uzaq şərqi olan bir ölkənin gücünü artırmasa da üstündən bir əsrdən keçməmiş onun üçün ən böyük problemə çevrildi
well/Aran agentliyi

 

Moskva dövləti 1 yanvar 1925-ci il, Rusiya, Sovet İttifaqı adlandıqdan düz üç il sonra İran mədəniyyətinin və fars ədəbiyyatının beşiyi olan Mərv, Buxara və Xorasanın şimal-şərq ərazilərini müstəsna etməklə, Bədəxşan Muxtariyyət Vilayəti adlandırmaqla tacikləri (fars dilliləri) İrandan uzaqlaşdırdı. Moskva dövləti bu siyasətlə həmin onillikdə qabaqlar Gülüstan və Türkmənçay müqavilələri ilə İrandan qopardığı Cənubi Qafqaz ərazilərini (Aran) "Azərbaycan Respublikası" adlandırdı.

Rusiyanın İranın şimal ərazilərini işğal etməklə İrandan ayırması bir günlər Avropanın uzaq şərqi olan bir ölkənin gücünü artırmasa da üstündən bir əsrdən keçməmiş onun üçün ən böyük problemə çevrildi.

Aran Newsin məlumatına əsasən, Moskva dövləti 1 yanvar 1925-ci il, Rusiya, Sovet İttifaqı adlandıqdan düz üç il sonra İran mədəniyyətinin və fars ədəbiyyatının beşiyi olan Mərv, Buxara və Xorasanın şimal-şərq ərazilərini müstəsna etməklə, Bədəxşan Muxtariyyət Vilayəti adlandırmaqla tacikləri (fars dilliləri) İrandan uzaqlaşdırdı ki, İran və Əfqanıstanla birləşmək fikrinə düşməsinlər.

65 ildən sonra səhv olması sübuta yetən həmin siyasətlə Moskva dövləti həmin onillikdə qabaqlar Gülüstan və Türkmənçay müqavilələri ilə İrandan qopardığı Cənubi Qafqaz ərazilərini (Aran) "Azərbaycan Respublikası" adlandırdı.

Bu müstəmləkə siyasəti Türkmənistan Respublikasında da ciddi davam etdirildi. Belə ki, (Əşkani şahları adından götürülmüş) Əşk Abad şəhərinin adı məhz iranlılığın inkarı üçün dəyişdirilərək Aşqabad adlandırıldı.

Bu respublikalar adlarının kağız üzərində olmalarından başqa heç bir ixtiyarları yox idi və Moskva dövləti zəiflədikdən sonra (Qorbaçovun hakimiyyətinin son illərində) öz müstəqilliklərini elan etdilər. Sovet İttifaqı dağıldıqdan sonra göstəriş əsasında, nəinki ümumi referendumla müstəqil oldular.

Yəni Moskva dövlətinin 1920 illərdə Rusiya imperiyasının bölünməsi əsasındakı (kommunist international platforması əsaslnda) səhvi bu parçalanmanın (Sovet İttifaqının parçalanmasının) əsas səbəbi oldu. Əlbəttə, həmin vaxtlar (1920 illərdə) bunu proqnazlaşdırmaq mümkün deyildi.

Bu vəziyyət indiki Moskva dövləti üçün ağır başağrısı yaradıb və bunu Rusiyanın hazırda ən böyük problemi də adlandırmaq olar.

Bu respublikalardan bəzilərinin başçıları Moskva dövlətinin qədim rəqibləri (qərb ölkələri) ilə kompromisə girmişdir. Əgər Moskva dövləti bu məsələnin üstünə tez düşməsə, keçmiş sovet ittifaqı coğrafiyasının yaxın gələcəkdə dünyanın böhran mərkəzinə çevriləcəyi gözlənilir.  Başqa ölkələrə nisbətən daha tez artıq Gürcüstan, Ukrayna və Qırğıstanda bu böhran özünü görsətməkdədir.

Həqiqətdə əgər ruslar bu əraziləri İrandan ayırmasaydılar, indi cənubda təkcə bir böyük qonşu və danışıqlara gedən ölkə ilə üzləşərdi. Amma indi dünyanın super güc ölkələrinin xəlvət həyatına, ABŞ-ın hərbi bazalarına çevrilmiş bir çox kiçik ölkələrlə qonşu olublar və onlarla necə rəftar etmələrini bilmirlər.

Qeyd edək ki, 1357-ci günəş ilində İran İslam İnqilabının qələbəsindən sonra müvəqqəti dövlət (Bazargan) 1921-ci ildə Tehran və Moskva arasında bağlanmış müqaviləni birtərəfli olaraq ləğv etdi. İnqilabdan sonrakı bu ilk dövlətin Gülüstan və Türkmənçay müqavilələrini də beləcə ləğv etməsi ümid edilirdi, lakin bu işi etmədi! O ləğvin və bu sükutun səbəbləri gərək sonradan aydınlaşsın.

Əlbəttə, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Tehran tərəfindən yenə də bu yönümdə addım atılmadı. Çünki Türkmənçay müqaviləsinin bir tərəfi (Rusiya imperatorlğu və onun canişini olan SSRİ) artıq siyasi cəhətdən mövcud deyildi (parçalanmışdı) və müqavilənin etibarı itmişdi.

  • Yazılıb
  • da (də) 2012 Jan 03