Tarix : 2012 Jan 05
Kod 27758

Ayətullah Məkarim Şirazinin Azərbaycan Respublikası başçılarına xəbərdarlığı

Bizim hansı ölkənin necə siyasət aparması ilə işimiz yoxdur. Harada müsəlman varsa, mərcəiyyət də vardır
well/Aran agentliyi

Bizim hansı ölkənin necə siyasət aparması ilə işimiz yoxdur. Harada müsəlman varsa, mərcəiyyət də vardır. Fələstində əhli-sünnə qardaşları olduğu üçün biz onları himayə etmirikmi? Bizim vəzifəmiz müsəlmanları, xüsusilə də məzlum şiələri himayə etməkdir

"Arannews"in "Hövzə Xəbər Mərkəzi"nə istindala verdiyi məlumata görə həzrət Ayətullah Məkarim Şirazi çərşənbə günü sübh Qum şəhərinin"Məscidul-Əzəm" məscidində keçirlən xaric dərsində regionda şiələrin vəziyyətinə işarə edərək dedi: "Hamı bilsin ki, hal-hazırda şiələr dünyanın ən məzlum cəmiyyəti hesab olunur. Bir dəstə Bəhreyndə, bir dəstə Qətifdə, bir dəstə Azərbaycan Respublikasında zalımların ən ağır təzyiqləri altındadırlar".

Ayətullah, regionda acı üçbucağın formalaşmasını bəyan edərək dedi: "ABŞ, İsrail və ərəb ölkələrindən birinin acı üçbucağı vəhabiliyi səhnəyə atmaları ilə şiələri ciddi problemlərlə üzləşdirib. Bunların hamısından ağır Azərbaycan Respublikası şiələrinin vəziyyətidir".

 Təqlid mərcəsi Azərbaycanın dövlət başçılarının anti-İslam rəftarlarına işarə edərək dedi: "Azərbaycanın dövlət başçıları dinsiz kommunist rejiminin qalıqlarıdır və onların məqsədi islamofobiya və şiələri incitməkdir".

Həzrət Ayətullah Məkarim Şirazi AR şiələri barədə etibarlı xəbərin çatmasını açıqlayaraq dedi: "Azərbaycanın hökumət başçıları şiələr əleyhinə üç işin icrasını planlaşdırıblar. O cümlədən hicablı qızların məktəbə girmələrini qadağan etməklə, hicabla mübarizə başladı və şiə rəhbərlərini, tanınmış şəxsiyyətlərini həbs etməklə, sıxışdırmaqla və həmçinin islami kitabların ölkədə nəşrinin qarşısını almaqla davam etdirildi".

Öz köklərinə balta vururlar

Ayətullah Məkarim Şirazi vurğuladı: "Onlar, İslam və şiəliyin kökünü kəsmək ümidilə böyük səhvə yol verir və öz köklərinə balta vururlar ".

Təqlid mərcəsi artırdı: "Onlar bilməlidilər ki, şiələr imam Hüseyn (ə) məktəbinin yetirmələridir və zülm qarşısında sakit dayanmırlar. Onlara tövsiyə edirəm ki, öz xalqınızla razılığa gəlin, həbs olunanları azad edin. Çünki bu işin sizin üçün təhlükəli aqibəti vardır".

Mərcəiyyət mədəniyyətindən xəbərsizdirlər

Həzrət Ayətullah Məkarim Şirazi onların "mərcələrin bizim daxili işimizə qarışırlar" demələri barədə də açıqlama verərək dedi: "Dünyanın bütün şiələri bir-birlərini dəstəkləməlidir və  "mərcələr nə üçün bizim daxili işimizə qarışırlar" deyənlərin mərcəiyyət mədəniyyətindən xəbərləri yoxdur. Mərcələr sərhədsiz həkimlərdirlər, hər yerdə müsəlman və şiə olsa, mərcələr də orada vardır. Həqiqətdə mərcələr sərhəd tanımırlar".

Təqlid mərcəsi vurğuladı: "Bizim hansı ölkənin necə siyasət aparması ilə işimiz yoxdur. Harada müsəlman varsa, mərcəiyyət də vardır. Fələstində əhli-sünnə qardaşları olduğu üçün biz onları himayə etmirikmi? Bizim vəzifəmiz müsəlmanları, xüsusilə də məzlum şiələri himayə etməkdir".

Həzrət Ayətullah Məkarim Şirazi söhbətinin digər bir hissəsində imam Sadiqdən (ə) rəvayət olunuş bir hədisə işarə edərək dedi: "Allahın yanında yəqinlə yanaşı və az miqdarda, amma daimi şəkildə yerinə yetirilən əməl, yəqinlə yanaşı olmayan çox əməldən daha fəzilətlidir".

İfratçılığın ziyandan başqa təsiri yoxdur

Ayətullah Məkarim Şirazi artıdrı: "İfratçılığın ziyandan başqa təsiri yoxdur. Elələri var idi ki, bəzən əməldə ifratçılıq edirdilər, təzyiq göstərirdilər və sonra özləri həmin təzyiqlərə görə işlərini yarımçıq qoydular. Çünki ifratçılıq öz ardınca özünü öyməklə yanaşı olan yalançı qürur gətirir".

 

  • Yazılıb
  • da (də) 2012 Jan 05