Sərdar Cəlaloğlu: ''Ölkə müxalifətinin qarşıdan gələn seçkilərdə qalib olması vahid strategiya və namizədlə çıxış etməsi ilə mümkündür''
گ/arannews
Məlum olduğu kimi 2013-cü ildə ölkədə növbəti dəfə prezident seçkiləri keçiriləcək. Artıq iqtidar və müxalifət indidən seçki ilə bağlı fəaliyyətə başlayıblar. Lakin maraqlı olan budur ki, seçki ilə bağlı partiyalar kimlərin namizədliyini irəli sürəcəklər. Əgər müxalifət seçkilərdə vahid namizədlə iştirak etmək qərarı versə, bu təşəbbüsü müxalifət liderləri dəstəkləyəcəklərmi?
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu, ölkə müxalifətinin qarşıdan gələn seçkilərdə qalibiyyətinin vahid strategiya və namizədlə çıxış etməsi ilə mümkün olduğunu bildirdi: “İndidən ayrı-ayrı namizədlərin irəli sürülməsi haqqında fikirlərin səsləndirilməsi gələcəkdə müxalifətin ümumi qərar qəbul etməsinə mane ola bilər. Əgər doğrudan da məlum olsa ki, müxalifət vahid birlikdə seçkiyə gedə bilmir, belə olan halda hər bir siyasi partiya və lider seçkilərlə bağlı konkret olaraq öz mövqeyini ortalığa qoyacaq.”
Sonda Sərdar bəy ölkə müxalifətinin seçkilərdə vahid namizədlə iştirak etməsini dəstəklədiklərini bildirdi.