Tarix : 2012 Jan 06
Kod 27783

''Bizim məqsədimiz çox alidir''

Elçin Manafov: ''Həmkarlarımız da bu məqsəd uğrunda həbs olunublar. Dostlarımız həbs olunandan bu günə qədər bir an olsun belə öz məqsədimizdən daşınmamışıq''
well/Aran agentliyi

 

Artıq AİP lideri Mövsüm Səmədovun həbsindən bir il keçdi. Mövsüm Səmədov bir il bundan öncə yanvar ayının 2-də partiyanın Baş Məclisində hakimiyyət əleyhinə kəskin tənqidi fikirlər səsləndirdikdən sonra AİP funksionerlərinə qarşı repressiyalar başladı. Mövsüm Səmədovun həbs olunması ilə bərabər onun müavini Vaqif Abdullayev, partiyanın Astara rayon komitəsinin sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qohumları Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Masallıdan olan ruhani Seyid Fəramiz Abbasov və ilahiyyatçı alim Zülfüqar Mikayılzadə həbs olundular. Bəs 2011-ci il AİP üçün nə ilə yadda qaldı?

Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən AİP-in sədr əvəzi Elçin Manafov islamçıların həbs olunmasını şərəfli bir yol kimi qiymətləndirdi: “Biz həbs olunan qardaşlarımızın atdıqları addımları şərəf, fədakarlıq və şücaət kimi qiymətləndiririk. Eyni zamanda, o cür şəxslərin həbsdə olması həm məhbusların ailələri, həm də ki, bizim üçün çox çətindir. Lakin bizim məqsədimiz çox alidir. Həmkarlarımız da bu məqsəd uğrunda həbs olunublar. Dostlarımız həbs olunandan bu günə qədər bir an olsun belə öz məqsədimizdən daşınmamışıq. Daima öz məqsədimizə yetişmək üçün fəaliyyət göstərmişik. Allahdan da istəmişik ki, bu müqəddəs yolu davam etdirmək üçün bizlərə əzm və iradə versin.”

Bu il sentyabr ayının 20-də partiyanın 20 yaşının tamam olacağını söyləyən E.Manafov, “İslam adına olan partiyanın yaşaması belə, həbsdə olan qardaşlarımızın dərdinə məlhəmdir”, - deyə bildirdi: “Biz həbsdə olan qardaşlarımızın məhkəmədə olan çıxışlarını və dəyanətlərini gördükdə daha da ruhlanırıq.”

FaktXeber

  • Yazılıb
  • da (də) 2012 Jan 06