Tarix : 2012 Jan 06
Kod 27786

APA Ayətullah Məkarim Şirazinin sözlərini təhrif edib

Azərbaycan Respublikası rəhbərlərinin getdikləri yolun nəhs sonu olması barəsində Həzrət Ayətullah Məkarim Şirazinin nəsihətli sözlərinin yayımlanmasının ardınca...
well/Aran agentliyi

 

Azərbaycan Respublikası rəhbərlərinin getdikləri yolun nəhs sonu olması barəsində Həzrət Ayətullah Məkarim Şirazinin nəsihətli sözlərinin yayımlanmasının ardınca, Bakı mediaları bu nəsihətləri təhdid kimi yozublar.

APA İnformasiya Agentliyi açıq-aşkar təhrifdə bildirib ki, İranın nüfuzlu ruhanilərindən biri Qumda etdiyi çıxışı zamanı Azərbaycana qarşı sərt sözlərdən istifadə edib.

Bu agentlik "İranlı Ayətullah Azərbaycanı təhdid etdi" başlıqlı xəbərində Həzrət Ayətullah Məkarim Şirazinin Azərbaycan Respublikasında hicabla mübarizə, şiə rəhbərlərin həbs olunması və dini kitabların qadağasının pis aqibəti barəsində Azərbaycan Respublikası rəsmilərinə xatırlatdığı nəsihətlərini bu ölkəyə qarşı təhdid sayıb.

APA İnformasiya Agentliyinin bu təhrif olunmuş xəbəri Bakının digər medialarında da əks olunub.

Qeyd etmək lazımdır ki, Həzrət Ayətullah Məkarim Şirazi Qum şəhərində xaric fiqh dərsinin başlanğıcındakı sözlərində Ərəbistan, Bəhreyn və Azərbaycan başçılarının anti-islam və anti-şiə hərəkətlərini təhlil etməklə yanaşı bildirib ki, müsəlmanlar bu ölkələrin xalqlarına olunan zülmlər qarşısında sükut etməyəcəklər.

Həzrət Ayətullah Məkarim Şirazi Azərbaycan Respublikası rəsmilərinə də nəsihət verib ki, acı və nəhs aqibəti nəzərə alaraq müsəlman xalqa qarşı bu hərəkətlərdən əl çəksinlər

 

 

  • Yazılıb
  • da (də) 2012 Jan 06