Tarix : 2012 Jan 06
Kod 27787

Azərbaycan Respublikasında İslama qarşı bəyanatı imzalayanlardan bir qrupu bu məsələdən vaz keçib

İslam dininə qarşı bəyanatın verilməsi üzrə Azərbaycan Respublikasında bir qrup jurnalist və yazarın utandırıcı hərəkətinin işıqlandırılması və bu məsələyə ...
well/Aran agentliyi

 

 

İslam dininə qarşı bəyanatın verilməsi üzrə Azərbaycan Respublikasında bir qrup jurnalist və yazarın utandırıcı hərəkətinin işıqlandırılması və bu məsələyə qarşı ictimai narazılığın aşkar olunmasının ardınca, bu bəyanatı imzalayanlardan bir neçəsi öz imzasını geri götürüb.

Bəyanatı imzalayanlardan biri Firidun Ağasıoğlu bildirib ki, anti-islam bəyanatı, onun mətnini oxumadan imzalayıb və buna görə də təəssüflənir.

Professor kimi qeyd olunan Əli Abbasov da anti-islam bəyanatını imzalayan zaman onun bəzi maddələri ilə razı olmadığını bildirib.

Şair kimi qeyd olunan Əli Xəyyam da bildirib ki, bəyanatı, mətnini oxumadan imzalayıb. Lakin mətni oxuduğu zaman öz imzasını geri götürməyə qərar verib.

Bu arada Bakıda anti-islam bəyanatı imzalayanlardan bəziləri bu utandırıcı hərəkətdə israrlı olduqlarını bildiriblər. O cümlədən Mehriban Vəzir Yeni Müsavat qəzeti ilə müsahibədə öz inadkarlığını qeyd edib.

Digər tərəfdən tarixi araşdırmaçı Altay Göyüşov sosial-ictimai şəbəkələrdə məqalə dərc etməklə bu anti-islam bəyanatı savadsız mətn hesab edib və ümidvarlıq edib ki, onun tanıdığı şəxslərdən bir qrupu bəyanatı oxumadan onu imzalayıb.

Altay Göyüşov bildirib ki, İslam dininin Azərbaycan xalqına zorla qəbul etdirilməsi ilə əlaqədar anti-islam bəyanatın yazarlarının iddiası yalan və həqiqətdən uzaqdır.

Altay Göyüşov yazıb: Bizi elə günə qoyublar ki, həqiqətdən utanırıq, ona görə özümüz haqqında yalanlar uydururuq. Tarixi dövlət yox, siyasətçilər, ideoloqlar yox, alimlər yazmalıdır".

Qeyd etmək lazımdir ki, Müsəlman Azərbaycan Respublikası xalqının dini və məsləkinə düşmən münasibət sərgiləyən bir qrup jurnalist yazıçı həqarətamiz bir bəyanatda iddia edib ki, İslam dini zor gücü ilə Azərbaycan xalqına qəbul elətdirilib.

Bakı xəstəxanalarının birində aldığı bıçaq yarası sağaldıqdan sonra şübhəli şəkildə ölən mürtəd yazıçı Rafiq Tağını müdafiə edən qrup bəyanatında yazır : "Ərəb yarımadasından bizə yeridilən "dinul-ərəb"ə qarşı bir neçə əsrlik ümumxalq müqaviməti göstərmişik. Beş il sonra 1200 illiyini qeyd edəcəyimiz Babək Xürrəmdin Azərbaycan xalqı üçün bu şanlı müqavimətin simvoludur."

Müsəlman Azərbaycan xalqının dininə qarşı çıxan yazıçılar həmçinin özlərini "humanist və sekulyaristlər, bu qətldən mənəvi və intellektual zərərçəkənlər" adlandırıb, əlavə ediblər : "Zorla müsəlmanlaşdırıldıqdan sonra da biz heç vaxt ortodoks islamı qəbul etmədik, tarixə təqib və qətl edilmiş sufilər vermişik. XIX yüzilliyin ortalarından etibarən biz rasional Qərb kültür məkanına inteqrasiya etməyə başlamışıq. Gələn il doğumunun 200 iliiyini qeyd edəcəyimiz maarifçi filosof və dramaturqumuz M. F. Axundovun dinə qarşı qaldırdığı inkar bayrağı altında XX yüzillikdə, demək olar ki, bütün intellektual nəsillərimiz toplandı. O, öz inkarının bir çox yenilikləri ilə K. Marks-ı, F. Nietzsche-ni qabaqlamışdı. XX yüz illikdə bütün müsəlman Şərqində ilk dəfə biz teokratik yox, demokratik respublika qurduq!"

Azərbaycan Respublikasında hicaba və islam dininin tələbələrinə qarşı tətbiq olunan məhdudiyyətləri dəstəkləyən guya ki "humanist" sekuralistlər, məktəbli qızlara hicab və din dərsləri öyrənmək hüququnu tələb edənləri təhqir edərək, dindarları və İran İslam Respublikasını "uşaqlara məcburi din dərsləri keçirilməsini istəyən, qadınları yenidən çadraya bürümək uğrunda küçələrə çıxan" adlandırıblar.

Anti-islam yazıçı Rafiq Tağını dəstəkləyənlər həmçinin mübarək İslam dinini quldarlıq quruluşunda yaranmış bir din və İran İslam Respublikasını 30 milyondan artıq soydaşı öz zülmü altında əsir saxlayan adlandırıblar.

  • Yazılıb
  • da (də) 2012 Jan 06