Tarix : 2012 Jan 06
Kod 27788

Azərbaycanda insan haqlarına laqeyd qalan avropalılar heyvanlara dəstək çıxdılar

Günahsız küçə itləri Bakıda rəhmsizcəsinə zəhərlənərək öldürülür!
well/Aran agentliyi

 

 

Səhər TV

"Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində Bakıda küçə heyvanlarını himayə üzrə avropalılar geniş internet təbliğatına başlayıblar: Günahsız küçə itləri Bakıda rəhmsizcəsinə zəhərlənərək öldürülür!

Avropanın insan haqları "müdafiəçiləri"nin Azərbaycan Respublikasının müsəlman xalqının islamsevərlik hərəkətinin hər növ repressiyaya məruz qalmasını razılıqla müşahidə etdiyi bir halda Avropada heyvan hüquqları müdafiəçiləri Azərbaycan Respublikasında küçə heyvanlarının öldürülməsinə etiraz olaraq "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində internetdə imzatoplama kampaniyası başladıblar.

"Twitter", "Facebook" və "GooglePlus" sosial-ictimai şəbəkələrdə Azərbaycan Respublikası prezidenti İlham Əliyevə müraciət məqsədilə başladılan bu imzatoplama kampaniyasının təşəbbüskarları bildiriblər: Öz adınızı qeyd etməklə prezident İlham Əliyevdən istəyin ki, Azərbaycan Respublikasında küçə heyvanlarının qorunması istiqamətində tədbirlər görsün!

Azərbaycan Respublikasında küçə heyvanlarının qorunması istiqamətində internetdə imzatoplama üçün tənzimlənmiş mətndə əlavə olunub: Həmçinin, biz istəyirik ki, Avropa ölkələri rəsmiləri və Eurovision mahnı müsabiqəsinin himayədarları "Eurovision 2012" mahnı müsabiqəsinə hazırlıq fonunda Azərbaycanda nələrin baş verdiyindən agah olsunlar!! Bakı hazırda "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsinə hazırlıq olaraq, yeni binaların inşa edilməsi və simasının dəyişdirilməsinin şahididir. Lakin, bu istiqamətdə praktiki olaraq günahsız küçə heyvanları rəhmsizcəsinə zəhərlənərək öldürülür. Bu yolla, Bakının mərkəzi hissələri və ətraf rayonların küçə heyvanlarından təmizlənməsinə səy göstərilir!

Avropalı heyvan müdafiəçiləri Bakı İcra Hakimiyyəti tərəfindən küçə heyvanlarının öldürülməsinin dayandırılması üçün Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamının icra olunmamasına toxunaraq bildiriblər: Azərbaycan Respublikası qanunlarına əsasən küçə heyvanların öldürülməsi qeyri-qanunidir. Bu barədə prezident İlham Əliyevə bu zülmün qarşısının alınması üçün çoxlu məktublar göndərildikdən sonra O, televiziya kanalında bildirdi ki, bu iş qeyri-qanunidir və Azərbaycan Respublikasında belə bir iş yoxdur. Lakin biz bunun həqiqət olduğunu bilirik. Bizim, Azərbaycan Respublikası xalqının gündəlik şahidi olduğu və məktəblilərin məktəblərin həyətində gördüklərini əks etdirən şəkillərimiz var!!!

Heyvanların avropalı müdafiəçiləri bildiriblər: Bizə kömək edin ki, sözümüz eşidilsin. Biz heyvanlar üçün danışırıq. Çünki onlar özləri danışa bilmirlər. Bütün bu heyvanların sevimli təbiəti vardır. Baxmayaraq ki, hökumət və rəsmilər onlardan xəbərsizdirlər. Bu vəziyyət yeni il bayramından sonra aprel və may aylarında "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi üçün Bakının hazırlanmasının sürətləndirilməsi məsələsində daha da pisləşəcək. Çünki biz məlumat almışıq ki, onlar küçələrdə heyvanların diri-diri yandırılması üçün xüsusi təchizatlardan istifadə etmək istəyirlər. Lütfən çox gec olmadan bizə kömək edin!

Bakının ziyanverici küçə heyvanlarından təmizlənməsi ilə müxalif olan avropalıların internetdə təbliğat apardıqları bir halda, Avropada insan haqları müdafiəçiləri Bakıda hicab müdafiəçilərinin döyülməsi və həbs edilməsi qarşısında sükut edirlər.

Sanki avropalılar Bakıda zərərverici və küçə heyvanlarının məhv edilməsi üçün zəhərdən istifadənin olunmasını kütləvi qırğın sayırlar. Lakin, Azərbaycan Respublikasında orta məktəblərdə hicab qadağasına etiraza görə polisin vəhşicəsinə hücumu nəticəsində azərbaycanlı gənclərin qana boyanmış sifətlərinin şəkillərini heç vaxt televiziyada müşahidə etməyiblər və yaxud da islamsevərlərin döyülməsi səhnəsi əslində avropalılar üçün ürəkağrıdıcı deyildir.

Siyasi müşahidəçilər Azərbaycan Respublikasında islamçılara qarşı repressiyanın kəskinləşməsinin səbəblərindən birini bu ölkənin müsəlman xalqının açıq-aşkar bayağı mədəniyyətin yayılması və çılpaqlığı icra edən Eurovision mahnı müsabiqəsinin keçirilməsinə qarşı çıxması hesab edirlər.

Son bir ildə Azərbaycan Respublikasının telekanalları "Eurovision 2012" mahnı müsabiqəsində iştirak etmək istiqamətində hazırlıq üçün xanəndələrin rəqabət səhnələrini gündəlik olaraq yayımlayırlar. Belə ki, azərbaycanlı xanəndələr arasında çılpaqlıq və əxlaqsız hərəkətlər sahəsində qızğın rəqabətin başlanmasını göstərir. Bu da Azərbaycan Respublikasının müsəlman xalqı və dini alimlərinin kəskin nigaranlığına səbəb olub

  • Yazılıb
  • da (də) 2012 Jan 06