Tarix : 2012 Jan 06
Kod 27789

AİP üzvlərinin Ali Məhkəməyə verdiyi şikayətə baxış günü bəlli oldu

Bakı Apellyasiya Məhkəməsində məhkəmə istintaqının keçirilməsini istəyən dindarların Ali Məhkəməyə müraciətinə fevralın 29-da baxılacaq
well/Aran agentliyi

 

Bakı Apellyasiya Məhkəməsində məhkəmə istintaqının keçirilməsini istəyən dindarların Ali Məhkəməyə müraciətinə fevralın 29-da baxılacaq

Bakı Apellyasiya Məhkəməsində məhkəmə istintaqının keçirilməsini istəyən dindarların Ali Məhkəməyə müraciətinə fevralın 29-da baxılacaq. Prosesə hakimi Hafiz Nəsibov sədrlik edəcək. Məlumatı “Media forum”a vəkil Anar Qasımlı verib.

2011-ci il oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun 12 il, partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin 11 il 6 ay, partiyanın sədr müavini Vaqif Abdullayevin 11 il, Masallı ruhanisi Fəramiz Abbasovun 11 il, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədovun isə hər birinin 10 il müddətinə həbs verilməsinə dair hökm çıxarıb. İlahiyyatçı alim Zülfüqar Mikayılzadə 5 il sınaq müddəti tətbiq olunmaqla 11 il şərti həbs cəzasına məhkum olunub.

Dindarların Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 7 oktyabr 2011-ci il hökmündən verilən apellyasiya şikayətinə baxılması Ali Məhkəmənin qərarından sonra davam etməlidir.

Media Forum

  • Yazılıb
  • da (də) 2012 Jan 06