Tarix : 2012 Jan 07
Kod 27805

İslam Partiyası lideri və üzvlərinin həbsindən 1 il ötdü

7 yanvar 2011-ci il axşam saatlarında Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov həbs olunub
well/Aran agentliyi

 

Onun qanunsuz həbsindən 1 il keçir

Düz 1il bundan öncə yanvar ayının 7-si axşam saatlarında Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov həbs olundu. Partiyanın qərargahından evə gedərkən həbs olunan Mövsüm Səmədovla birgə, Partiyanın sədr müavini təşkilati məsələlər üzrə sədr müavini Vaqif Abdullayev də saxlanıldı.

Əvvəlcə məhkəmə onlara 10 sutka həbs cəzası verdi.

9 ay sonra 7 oktyabr 2011-ci ildə uzun məhkəmə çəkişməsindən sonra Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Seyyid Fəramiz Abbasov və Zülfüqar Mikayılzadə yə hökm oxundu. Hakim Eldar İsmayılov, Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov 12 il, Firdovsi Məmmədrzayev 10 il, əmisi oğlu Dəyanət Səmədov 10 il, partiyanın sədr müavini Vaqif Abdullayev 11 il, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay, Seyyid Fəramiz 11 il azadlıqdan məhrum edilib. Zülfüqar Mikayılzadəyə isə 5 il sınaq müddəti olmaqla 5 il şərti hökm oxudu.

Məhkəmdən sonra hökmlə əlaqədar açıqlama verən vəkil Anar Qasımlı hökmü rəzalət adlandırdı.

"Bu bir mənalı şəkildə böyük rəzalət və Azərbaycanda ədalətsizliyin təntənəsi idi. Adi bir epizodu sizə xatırladım. Bununla da məhkəminin necə hökm verdiyini özünüz xarakterizə edin. Hökmdə hakim oxudu ki, məhkəmə Mövsüm Səmədovun himayəsində azyaşlı uşaqların olmasını və onun birinci dəfə məhkumluğunu yüngülləşdirici hal kimi nəzərə alır. Amma o, Mövsüm Səmədova prokurorun tələb elədiyi cəzanı tətbiq etdi. Maraqlıdır ki, hakim burada nəyi nəzərə alıb. Çox absurd situatsiyadır"

Xatırladaq ki, islamçıları müdafiə edənlər hesab edir ki, bu həbslər siyasi xarakterlidir və əsasən yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır. 2007-ci ildə partiya sədri seçilən Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirib.  FaktXeber

  • Yazılıb
  • da (də) 2012 Jan 07