Tarix : 2012 Jan 07
Kod 27808

Doktor Müvəssəqi: ''Cenevrə Konvensiyasına əsasən, İranın Xəzər dənizində payı 50 faizdir''

Xəzər dənizi 1982-ci il Konvensiyasına tabe olmayıb və onun şəraiti İran və Rusiya arasındakı müqavilələrə tabedir
well/Aran agentliyi

 

Xəzər dənizi 1982-ci il Konvensiyasına tabe olmayıb və onun şəraiti İran və Rusiya arasındakı müqavilələrə tabedir

''Xəzər Dənizinin Hüquqi Rejimi''elmi iclası çərşənbə günü sübh saat 9:30-da Təbriz Azad İslam Universitetinin Hüquq və Siyasi Elmlər kollecindəkeçirildi.

İclasın başlanğıcında Aran Mədəniyyət və Araşdırmalar İnsitutunun müdiri Həsən Qulu və doktor Cəmşidi Rad iclasın keçirilmə səbəbləri barədə açıqlama verdilər və İranın 50 faiz payını bu iclasın ən mühüm hədəfi olduğunu bildirdilər.

İclasın davamında Təbriz Azad Universitetinin professoru Müvəssəqi  Xəzər dənizininin tarixi barədəki məqaləsini iclasa təqdim etməklə yanaşı, bu dənizə xas olan məlumatları açıqladı.

Doktor Müvəssəqi vurğuladı: İranın Xəzər dənizi sahilində uzunluğu 640 km-dir. Xəzər dənizi 1982-ci il Konvensiyasına tabe olmayıb və onun şəraiti İran və Rusiya arasındakı müqavilələrə tabedir.Hazırda o okean səviyyəsində təqribən 28  metr aşağıdır.

Doktor Müvəssəqi 1921-ci ildə bağlanan müqaviləyə əsasən dənizdə İranın hərbi gəmilərin üzə bilməsinə işarə edərək dedi: "Dünyanın ilk ən böyük gölü Mazandaran gölüdür və onu dəniz adlandırırlar. Bu göl öz yüksəkliyinə görə ikinci yerdə dayanır və gölün sahəsi dünyadakı bütün göllərin ümumi sahəsinin 44%-nə bərabərdir. Onun dərinliyi şimaldan cənuba tərəf artır və neft ehtiyatlarına görə dünyada üçüncü yerdə durur".

Doktor Müvəssəqi çıxışıının davamında Cenevrə Konvensiyasına əsasən, İranın Xəzər dənizində payının 50 faiz olmasını da vurğuladı.

Beynəlxalq ümumi və konvensiya hüquqları əsasənda bağlanmış beynəlxalq nümunələrə görə 2-3 sahil dövləti arasındakı göl və ya bağlı dəniz statusları sahil dövlətləri arasında iki tərəfli və ya üçtərəfli müavilələr vasitəsilə təyin olunur. Ən ümdə və tanınmış prinsip sahilyanı dövlətlərin prinsiplər əsasında razılığa gəlmələridir. Misal olaraq Fransa və İsveçrə arasında yerləşən Cenevrə gölünü göstərmək olar. 1816-cı ildə bağlanmış müqavilə əsasında bölünmüş və idarə olunur. Həmçinin müxtəlif beynəlxalq müqavilələr əsasında bölünmüş ABŞ və Kanada arasında yerləşən 5 gölünü, 1920-ci ildə SSRİ və Finlandiya arasında idarə olunan Laduka gölünü götürmək olar.

Beynəlxalq hüquq alimlərinin əksəriyyəti bu barədə yekdildirlər və beynəlxalq hüquqda bu nəzər birliyi doktrina adlanır.

  • Yazılıb
  • da (də) 2012 Jan 07