Tarix : 2012 Jan 07
Kod 27811

Əhli-Beyt Assambleyasından İlham Əliyevə məktub

Bəzi ölkələr özlərinə icazə verirlər ki, hicabı sual altına alsınlar
well/Aran agentliyi

 

Hicabla bağlı Beynəlxalq Əhli-Beyt Assambleyasından İlham Əliyevə məktubÜmumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Höccətül-İslam vəl-müslimin Məhəmməd Həsən Əxtəri bildiribdir ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyevə məktub göndərərək, bu ölkə məktəblərində məktəbli qızların hicabına qarşı tətbiq edilən qadağanın ləğv edilməsini istəyib.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi bazar ertəsi günü media mənsubları ilə təşkil etdiyi mətbuat konfransında deyib: “Azərbaycan Respublikası məktəblərində hicab qadağasının ləğv edilməsi haqda bu ölkə prezidenti İlham Əliyevə məktub yazdıq və ondan istədik ki, xalqın tələbləri və istəklərinə diqqət yetirsin”.

Höccətül-İslam vəl-müslimin Məhəmməd Həsən Əxtəri sonra belə əlavə edib:”Həmçinin müsahibələrdə və bəyanatlarda nəsihət etdik və təklif etdik və müxtəlif söhbətlərdə də xalqın istəyinə və tələbinə diqqət yetirilməsi zərurəti haqda təkidlər etdik”.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Məhəmməd Həsən Əxtəri bir müraciətdə Azərbaycan Respublikası məktəblərində təhsildən məhrum olan hicablı qızlardan istəyib ki, öz dərs və təhsillərini davam etsinlər və ondan qafil olmasınlar.

Ümid edirik ki, Azərbaycan Respublikasındakı hicablı qızlar möhkəm dayansınlar və öz sözlərini desinlər. Amma biz savadsızlığa təşviq etmirik. Belə düşünürəm ki, bu hicablı qızlar dərs oxumalıdırlar, fəaliyyət etməlidirlər. Məcazi (virtual) yoldan istifadə edərək, dərs oxuya bilərlər. Virtual universitetlərə daxil olub, təhsillərini sona çatdıra bilərlər. Bəzi universitet müəllimləri də vardır ki, bu hicablı qızları himayə edə bilərlər”-deyə Höccətül-İslam vəl-müslimin Məhəmməd Həsən Əxtəri qeyd edib.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi həmçinin deyib: “Biz heç vaxt bir ölkəyə müdaxilə etmərik. Biz bir siyasi qrup deyilik ki, başqa bir siyasi qrup yada ki, bir siyasi hərəkəti müdafiə edək.

Amma bir müsəlman kimi və Əhli-Beytə tabe olan bir şəxs kimi öz haqqımız bilirik ki, islami dəyərləri müdafiə edək və mümkün olduğu yerə qədər müxtəlif ölkələrdəki məsul şəxsləri nəsihət edək. İnşallah bu haqda daha yaxşı mütaliələrə malik olub, daha yaxşı düşünüb, öz xalqlarının məsləhətlərinə daha artıq diqqət etməlidirlər. Məscidlər, hicab və başqa məsələlər haqda da Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının mövqe tutub, həm Azərbaycan Respublikasında həm də başqa ölkələrdə. Həm bəyanat yayıb, həm bu haqda məktublar yazıb və həyata keçirə bildiyi bütün işləri həyata keçirir. “

Höccətül-İslam vəl-müslimin Məhəmməd Həsən Əxtəri sonra deyib: “Ümumdünya Əhli-Beyt (ə) Assambleyası həm Azərbaycan Respublikasında həm də başqa ölkələrdə məscidlər, və hicab məsələsi habelə başqa mövzular haqda mövqe tutur və bəyanatlar verir. Bəzi ölkələr özlərinə icazə verirlər ki, hicabı sual altına alsınlar. Halbuki, hər bir şəxs haqq və hüquqa malikdir. Müsəlmanlar yer kürəsi əhalisinin altıda biri miqdarında olaraq, hər yerdə hörmətə malik olmalıdırlar. Amma indi belə deyil. Müsəlmanlar və Əhli-Beyt (ə) davamçılarının hüquqlarını müdafiə etmək bizim vəzifəmizdir”.

 

  • Yazılıb
  • da (də) 2012 Jan 07