Tarix : 2012 Jan 07
Kod 27812

İilqar İbrahimoğlu Hacı Möhsün Səmədova məktub ünvanlayıb

Azərbaycan Respublikası İslam Partiyasının rəhbəri Hacı Möhsün Səmədovun həbs olunmasının ildönümü ilə eyni zamanda Bakı Cümə Dini ...
well/Aran agentliyi

Azərbaycan Respublikası İslam Partiyasının rəhbəri Hacı Möhsün Səmədovun həbs olunmasının ildönümü ilə eyni zamanda Bakı Cümə Dini icmasının rəhbəri Hacı İlqar İbrahimoğlu Hacı Möhsün Səmədova açıq məktub ünvanlayaraq, onun azadlığa buraxılmasını zəruri adlandırıb.

Hacı İlqar İbrahimoğlunun Hacı Möhsün Səmədova məktubunun mətni belədir: Hacı Möhsün. İlk tanışlığımız Avropa Məktəbinin növbəti sessiyası zamanı baş tutdu. Məhərrəm-Səfər əyyamı idi. Qubanın qədim məscidlərinin birinə namaz qılmağa getdim. Orada namazdan və mərasimdən sonra tanışlığımız baş tutdu, mənəvi söhbətlər etdik. Əllamə Təbatəbainin "Əl-Mizan" təfsirindən tutmuş, məntiq elmindəki hüsuli və hüzuri anlamın metodolojilərinə qədər. İki ruhani-tələbə arasında vəcdverici bir söhbət. İllər keçdi. Hacı Möhsün siyasi fəaliyyəti ilə əlaqədar Bakıya gəldi. AİP-in sədri seçildi. Amma münasibətlərimiz heç zaman iki mənəvi ruhani-tələbə münasibətləri tutumunu itirmədi. Hətta hər hansı baş verən olaya nəzəri-praktiki fərqli yanaşmamız olanda belə. İndi bəlli hadisələr nəticəsində Hacı Möhsün zindandadır. Allah qapısını açsın. Əslində, bu, inancla bağlı aparılan yanlış bir siyasətin nəticəsi olaraq baş vermiş bir olaydır. Hacı Möhsünün ittiham olunduğu maddələrin ona heç cür aid olmaması məncə, gün kimi aydındır. Allah qapısını açsın Hacı Mövsümün tezliklə, inşallah".

Hacı İlqar İbrahimoğlu əlavə edib:"Yuxarıdakı sətirləri keçən ilin mübarək Rəcəb dönəmində yazmışdıq. Təəssüflər olsun ki, bu müddət ərzində Hacı Möhsün nəinki azadlığa buraxılmayıb, hətta ən ağır cəzalarla qanunsuz olaraq məhkum edilib. Bu gün Hacı Mövsümün həbsinin bir ili tamam olur.Uca Allahdan Hacı Möhsünün və bütün digər günahsız həbsdə yatanların azadlığını diləyirəm."

 

  • Yazılıb
  • da (də) 2012 Jan 07