Tarix : 2012 Jan 07
Kod 27814

Rusiya hərbi gəmiləri Suriyaya yaxınlaşır

Rusiya hərbi gəmilərinin bu gün Suriyaya çatması gözlənilir
well/Aran agentliyi

 

İslamazeri.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, “Admiral Çabanenko” və “Yaroslav Mudrıy” hərbi gəmiləri bu gün Suriyanın Tartus limanına girəcək. Rusiya donanmasının adı açıqlanmayan bir nümayəndəsinə istinadən verilən xəbərdə qeyd olunur ki, Aralıq dənizində olan gəmilərin bir hissəsi Tartus limanında bir neçə gün qalacaq.“Reuters” agentliyi bu gəmilərin səfərinin Suriya prezidenti Bəşər Əsada dəstək və güc nümayişi kimi qəbul edilə biləcəyini qeyd edib.

 

  • Yazılıb
  • da (də) 2012 Jan 07